Nizami metrosu yaxınlığında yerləşən yeni açılmış tədris mərkəzi üçün İngilis dili müəllimi vakansiyası elan edirik!
Azyaşlılar və yetişkin insanlar üçün Ümumi İngilis dili tədrisi nəzərdə tutulur. Bu səbəbdən dil və pedaqoji qabiliyyətlə yanaşı, təcrübə də bizim üçün əhəmiyyət daşıyır.
Öz bacarıqlarına güvənən, pozitiv, komanda ilə işləmə bacarığı olan namizədlər bizimlə əlaqə saxlasın. Beynəlxalq sertifikatlar və digər dil bilikləri arzuolunandır.
Iş qrafiki həftənin 6 günü 10:00-19:00
Müxtəlif yaş qruplarına tədris mərkəzimizdə İngilis dilinin tədrisi
Dərslərə kreativ yanaşma
Tələbələrlə rahat ünsiyyət qura bilmək
Tələbələrin aylıq və proqram üzrə hədəflərinə çatması üçün motivasiya və dəstək verilməsi
Xüsusi tələblər
İngilis dilini yüksək səviyyədə bilməlidir
Beynəlxalq sertifikatlara malik olan müəllimlərə üstünlük verilir(IELTS, SAT, TOEFL, və s.)
Dil və pedaqoji qabiliyyət vacibdir
Ünsiyyətcilvə pozitiv
Daim öz biliyi üzərində işləmək və inkişaf etmək
Tələbəni öyrətməyə və yaxşı nəticəyə çatdırmağa böyük səy göstərmək
Minimum 3 il müəllim kimi iş təcrübəsi
Rus dili və digər dil biliklərinin olması arzu olunandır