Böyük müfəttiş

Bakı

STP Global Cable
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əməyin mühafizəsi tələblərinə və qaydalarına riayət olunmasına nəzarət
  • Əmək şəraitinin müəyyən edilmiş qaydada xüsusi qiymətləndirilməsinin təşkilinə dəstək vermək
  • Əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi üzrə müəyyən edilmiş formada hesabatların tərtib edilməsi və təqdim edilməsi;
  • İstehsal fəaliyyəti sahələrində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekologiya üzrə məsul şəxslərin təyin edilməsi üçün inzibati sənədlərin hazırlanmasında dəstəyin verilməsi;
  • İşçilərə fərdi mühafizə vasitələrinin, xüsusi geyimlərin və ayaqqabıların verilməsini təşkil etmək;
  • İşçi personalın tibbi müayinələrinin aparılması üçün lazımi nəzarətin həyata keçirilməsi;
  • Ekoloji aspektlərə nəzarət, ekoloji sənədlərin hazırlanması, tullantıların utilizasiyası və s. işlərin təşkili;
  • Əməyin mühafizəsi üzrə ilkin, dövri, plandankənar və planlı təlimatların keçirilməsi;
  • Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
  • Aşkar edilmiş pozuntularının qeydiyyatı, onların aradan qaldırılmasına nəzarət və qeydiyyatın aparılması;
  • Bədbəxt hadisələrin qanunvericiliyə uyğun olaraq araşdırılması, təkrarlanmaması lazımi tədbirlərin yerinə yetirilməsinə nəzarət və müvafiq qeydlərin aparılması;
  • Dövlət nəzarət və tənzimləyici orqanlarda şirkətin maraqlarının təmsil olunması və s.;
  • Təşkilatın işçilərinə əməyin mühafizəsi üzrə vaxtında təlimin təşkili və əməyin mühafizəsi tələbləri üzrə biliklərin yoxlanılması üzrə işlərə dəstək vermək.


Xüsusi tələblər

  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • İxtisas üzrə diplom və ya sertifikatlara (İSO 14001:2015, İSO 45001:2018) sahib olmalı;
  • SƏTƏM qaydalarının tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçilik və insanlarla rahat münasibət qurma bacarığı olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşində dəqiq və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.


Telegram kanalımız