Marketinq şöbəsinin rəhbərliyi və heyəti ilə marketinq strategiyası və proqramlarının icrası konsepsiyasında əməkdaşlıq etmək. Mövcud və yeni strategiyalar, xidmətlər, məhsulları inkişaf etdirmək,dəstəkləmək və paylaşmaq;
Mövcud bazar təklifləri üzrə rəqabət təhlili aparmaq; bazar tendensiyalarını, qiymətləri / biznes modellərini, satış və əməliyyat üsullarını, marketinq strategiyalarını formalaşdırmaq üçün digər müvafiq məlumatları təmin etmək;
Məhsulun inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla mükəmməl marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
Potensial yeni satış kanalları və müştəri kəşf etmək və bunu artan biznesə çevirmək. Kanalların, yaxud müştərilərin ehtiyacları, nigaranlığı və istəklərindən ibarət danışıq təkliflərini inkişaf etdirmək üçün komanda ilə işləmək. Xidmətlərin həyata keçirilməsində və qiymətləndirilməsində iştirak etmək;
Müxtəlif funksiyalar üzrə əməkdaşlarla işləyərək ardıcıl və inteqrasiya edilmiş markalı təcrübələrin bütün platformalara çatdırılmasını təmin etmək. Şirkətin digər müvafiq funksiyalarının marketinqin məqsədləri barədə məlumatlandırılmasını təmin etmək üçün onlarla effektiv daxili əlaqələri möhkəmləndirmək;
Şirkətin mövcud təkliflərini (məhsullarını və xidmətlərini) nəzərdən keçirməklə yanaşı,yeni məhsulların / xidmətlərin inkişaf proseslərini əhatə etmək və qismən öz proseslərini də həyata keçirməyə təşəbbüs etmək;
İş qrafiki 5 gün, saat 09:00 – 18:00;
İşçilərə qayğı proqramı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları;
maaş 700-900 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Xüsusi tələblər
Ən azı 2-3 il iş təcrübəsi;
Marketinq üzrə minimum bakalavr dərəcəsi;
Mükəmməl Azərbaycan, İngilis və ya Rus dili yaxşı səviyyədə;
Müxtəlif funksiyalı komanda ilə işləmək bacarığı;
Güclü analitik və layihələri idarə etmə qabiliyyəti;
Yaradıcı və yenilikçi düşünmək bacarığı;
Büdcəni idarə etmə bacarıqları və təcrübəsi;
Özündən əmin və dinamik şəxsiyyət;
Çox güclü ünsiyyət və qərar qəbul etmə qabiliyyəti;
Qida sahəsi ilə əlaqəli marketinq və satış təcrübəsi olan namizədlərə üstünlük veriləcək.