Cəmiyyətin İdarə Heyətinin sədrinin və İcraçı direktorunun əmr, sərəncam və göstərişlərinin icrasının təmin edilməsi və onların icrası ilə bağlı Cəmiyyətin bütün vəzifəli şəxsləri üçün məcburi olan göstəriş və sərəncamların verilməsi;
Sahə mülkiyyətçiləri ilə Cəmiyyət arasındakı müqavilə formalarının doldurulması, sahə mülkiyyətçilərinə təqdim edilməsi, müqavilələrin sahə mülkiyyətçiləri və Cəmiyyətin vəzifəli şəxsi tərəfindən imzalanmasına nəzarət edilməsi,
Sahə mülkiyyətçilərinə aid müxtəlif sənədlərin (o cümlədən bildirişlərin, elanların, məlumatların, müqavilələrin, qəbzlərin) hazırlanması, Cəmiyyətin vəzifəli şəxslərinə imzalatdırılması, sahə mülkiyyətçilərinə təqdim edilməsi və ya poçt ilə göndərilməsi,
sənədin imzalı surətinin və poçt qəbzinin İcraçı direktora təhvil verilməsi;
Yaşayış kompleksinə və Cəmiyyətə aid müxtəlif sənədlərin (o cümlədən bildirişlərin, elanların, məlumatların) hazırlanması və kompleksin elan lövhələrində asılması;
Cəmiyyətin fəaliyyətinə aid müxtəlif xidmət, quraşdırma, təhvil-təslim və s. aktların hazırlanması, imzalatdırılması və İcraçı direktora təhvil verilməsi;
İş yeri: Xətai rayonu, C.Həsənov (Sadiqcan) küç. yerləşən 4 blokdan ibarət 18 mərtəbəli yeni yaşayış kompleksi
Yaşayış kompleksində kommersiya fəaliyyəti göstərən şəxslərin (internet/TV provayderlər, avtomobil qarajı və s.) ilə bağlanılmış müqavilə şərtlərinə əməl olunması vəziyyətinə nəzarət olunması, onların fəaliyyəti ilə bağlı aylıq təhvil-təslim aktlarının hazırlanması, imzalatdırılması və İcraçı direktora təhvil verilməsi;
Cəmiyyət adından müxtəlif hüquqi və fiziki şəxslərə ünvanlanacaq məktub və ərizələrin hazırlanması, Cəmiyyətin vəzifəli şəxslərinə imzalatdırılması, poçt ilə göndərilməsi,
sənədin imzalı surətinin və poçt qəbzinin İcraçı direktora təhvil verilməsi;
Binanın isti su şəbəkəsinə qoşulmuş mənzillərin mütamadi monitorinqinin aparılması (ayda 1 dəfə), isti su şəbəkəsinə qoşulma və ayırılma ilə bağlı aktların hazırlanması, imzalatdırılması və İcraçı direktora təhvil verilməsi;
maaş 1000 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
İş qrafiki: I-V günlər
İş saatları: 09:00-18:00
Xüsusi tələblər
Təhsil: Ali
Təcrübə: Müvafiq sahədə iş təcrübəsi 3-5 il;
Kompüter bilikləri: MS Office programlarında istifadə etmə bacarığı;