Aparıcı iqdisadçı

Bakı

PASHA Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fəaliyyət göstərilən ölkələrdə (Azərbaycan, Gürcüstan, Türkiyə) mütəmadi olaraq iqtisadi və maliyyə təhlilinin həyata keçirilməsi;
  • Korporativ mərkəz və strateji aktivlərin artan tələbatını ödəmək üçün yeni məlumat mənbələrinə çıxış əldə etmək, Big Data metodlarına investisiya və onların potensialından ümumi iqtisadi və bazar təhlilində istifadə edilməsi;
  • Daxili və xarici müştərilərdən gələn müxtəlif göstəricilərin proqnoz tələbinə cavab vermək üçün müvafiq modellərin qurulması və yeniləməsi;
  • İFRS-9-a uyğun perspektiv təminatla bağlı metodologiyanın tətbiqində Strateji Aktivlərə dəstəyin göstərilməsi, makroölçüləşdirmə ilə bağlı metodoloji məsələlərin məlumatlandırması və aydınlaşdırılmasında ilkin əlaqələndirici şəxs;
  • Tapşırığın modelləşdirmə tərəfinin təkmilləşdirilməsinə cavabdehlik, kənar auditorlarla qiymətləndirmədə və strateji aktivlərlə ünsiyyətdə aparıcı rol;
  • Stress-test ssenarilərinin formalaşdırılması üçün makro və tənzimləyici triqqerlərinin müəyyən edilməsinə və müvafiq proseslərdə müəyyən edilmiş vaxt çərçivəsinə uyğun olaraq ssenarilərin kommunikasiyasında dəstək;
  • Stress test prosesində makroiqtisadi və bazar triqqerlərinin müəyyən edilməsi və onların statistik modelləşdirilməsinə əhəmiyyətli töhf;
  • Müvafiq proseslərdə müəyyən edilmiş vaxt çərçivəsində Stress testlərin ssenarilərinin və kommunikasiyalarının   makro və tənzimləyici amillərin müəyyən edilməsində yardımın göstərilməsi;
  • Bütün maraqlı tərəflərin mövqelərinə yaxınlaşması üçün müvafiq makro və ekspert panellərinin təşkil edilməsi. Model nəticələrinin toplanması və müvafiq platformalarda müzakirəyə hazırlanması üçün birbaşa fəaliyyət;
  • Növbəti ilin büdcə tərtibatı prosesi üçün makroiqtisadi və bazar məlumatlarının hazırlanmasında fəal iştirak;
  • Strateji aktivlərdə müvafiq maraqlı tərəflərlə sıx əlaqələrin qurulması və proses zamanı çoxtərəfli peşəkar yardımın göstərilməsi;
  • Bilik mübadiləsi sessiyalarının təşkil edilməsi, əlaqələndirilmə görüşlərdə iştirak və əməkdaşlıq üçün digər platformaların yaradılması səylərinin nümayişi ;

Xüsusi tələblər

  • İqtisadiyyat sahəsində magistr dərəcəsi;
  • Müvafiq sahədə minimum 5 il peşəkar təcrübə;
  • MS Office proqramları və statistik proqnozlaşdırma proqramları üzrə mükəmməl biliklər;
  • Güclü ünsiyyət bacarıqları;
  • Azərbaycan və ingilis dillərinin səlis yazılı və şifahi biliyi, rus və ya türk dillərinin biliyi üstünlükür;
  • Maliyyə və qeyri-maliyyə bazarları  haqqında ətraflı mlumatlılıq;
  • İqtisadiyyat, ekonometrika və ya data elmi ilə bağlı təlimlərdə, proqramlarda iştirak;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız