“İNTERNATİONAL
BOKT” ASC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün
təcrübə keçmək imkanı yaradır.
Təcrübə müddəti 3
aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə
öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat
tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar.
Təcrübə (
Bakı,Sumqayıt və Xırdalan şəhərləri) əhatə edəcək.
Yalnız müvafiq
meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq
Öz
bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
Bütün
fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata
keçirmək;
Yeni
müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
Müştəriyə
təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
Kredit
ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes
təhlilini aparmaq.
Xüsusi tələblər
Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə və oxşar sahələri üzrə ali təhsil və orta ixtisas təhsili almış gənclər müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur: Məntiqi və analitik düşünmə qabiliyyəti;
Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
Ünsiyyət və təqdimat bacarığı.
Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV (foto mütləqdir) göndərməlidirlər.