İnşaat obyektində yerinə yetiriləcək kompleks geodeziya işləri
Layihələndirmə mərhələsi:
Topo-plan (xəritə) tərtib olunması
Geodeziya istinad şəbəkəsinin qurulması
Mobilizasiya mərhələsi:
Geodeziya istinad şəbəkəsinin qurulması (inşaat üçün sıxlaşdırılması)
Bina və qurğuların əsas inşaat oxlarının bölgü və nişanlanması
Katlavanın konturlarının bölgü və nişanlanması
Ərazidə mühəndis hazırlıq işləri (planirovka, yeraltı kommunikasiyalar, müvəqqəti yolların çəkilməsi və s.)
İnşaat mərhələsi:
Bina və qurğuların əsas inşaat oxlarının, onların konstruktiv elementlərin bölgü və nişanlanması
Bina və qurğuların, mühəndis kommunikasiyaların yer-altı və yer üstü hissələrinin tikinti-quraşdıma işlərində xətti personala geodezik dəstəyin təmin edilməsi
İnşaatı başa çatmış elementlərin icra edici sxem və sənədlərinin tərtib oluması
İnşaatın son mərhələsi:
İnşaat prosesində yerinə yetirilmiş geodeziya işlərinin nəticələri barədə texniki hesabatın tərtibi və təhvil verilməsi
İcra edici topoqrafik baş-planın, pofil və kəsiklərin tərtib olunması
GPS və GNSS qəbulediciləri vasitəsilə işləmək bacarığı
Çöl işləri zamanı GPS şəbəkəsinin yaradılmasında, koordinatların təyin edilməsində, zəruri hallarda koordinatların bir sistemdən başqa sistemə keçirilməsində iştirak etmək
Döngə nöqtələrinin kordinatlarına əsasən təyin edilməsi
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müəyyən ediləcəkdir
Sürücülük vəsiqəsinin olması mütləqdir, şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır
İş qrafiki: 6 günlük iş həftəsi
Xüsusi tələblər
Ali təhsil (inşaat sahəsində)
İş təcrübəsi-5 il
Müvafiq normativ-texniki sənədlərin tələblərini bilməli
Geodeziya avadanlıqları, onların istismarı və saxlanma qaydalarını
Geodeziya işlərinin təşkili və texnologiyasını
İnşaat və geodeziya xətalarını (toleranslarını) təyin etməli
Microsoft office, AutoCad və s. soft proqram bilikləri
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı