Satış məsləhətçisi

Bakı

AGA Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərməlidir.
  • Şirkətin korporativ geyim, korporativ yazışma, korporativ davranış və ünsiyyət qaydalarına riayət etməli, şəxsi təmizliyinə və xarici görünüşünə fikir verməlidir.
  • İşçi iclaslarında və təlimlərində iştirak etməlidir, fərdi və professional bilik və bacarıqlarını artırmalıdır.
  • Müştərilərlə dostcasına, pozitiv ünsiyyət qurmalı, bütün işçilər üçün bu sahədə nümunəvi davranış göstərməlidir.
  • Müştəriləri təbəssümlə qarşılamalıdır. Onlara suallar verib ehtiyaclarını öyrənməli və brendin korporativ imicə uyğun xidmət göstərməlidir.
  • Müştəriləri malı yoxlamağa ruhlandırmalı, əlavə satış təmin olunması üçün əlverişli kombinasiya təklif etməlidir.
  • Müştərilərə ümumi kolleksiyalar və məhsullar, eyni zamanda ödəniş metodları və xüsusi təkliflər barədə məlumat verməlidir.
  • Mağazadakı iş həcmindən asılı olaraq, ilk müştərinin icazəsi ilə eyni vaxtda bir neçə müştəriyə xidmət göstərməlidir.
  • Əgər müştərinin istədiyi mal manekenin üzərindədirsə və mağazada daha yoxdursa, o zaman həmin malın müştəriyə satılmasını təmin etməlidir.
  • Mağazaya malı qaytarmaq və ya dəyişmək üçün gələn müştərini müsbət üz ifadəsi ilə qarşılamalı, prosedura uyğun mağaza müdiri və ya bölmə müdirinə məlumat verməklə, kassa bölməsinə və nəzarətçiyə yönləndirərək köməklik göstərməlidir.
  • Mağazanın aylıq, həftəlik və gündəlik satış hədəfləri barədə mağaza rəhbərliyindən məlumat almalı və öz satış hədəflərinə nail olmağa can atmalıdır.
  • Mağaza ərazisində həyatın və ya əmlakın təhlükəsizliyinə xələl gətirə biləcək şübhəli hal, şübhəli bağlama və s. olarsa dərhal mağaza müdirini və nəzarəçini bu barədə məlumatlandırmalıdır.
  • Mağaza müdiri tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında yerinə yetirmək.

Xüsusi tələblər

  • Satış sahəsində biliklərin olması
  • Komanda ilə işləmək bacarığı
  • Dil biliklərinin olması arzuolunandır
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 600 AZN

Premium
 
  • 600 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • 800 - 1200 AZN

Telegram kanalımız