Mütəxəssis (Maliyyə şöbəsi)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat 
əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
• Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotunu aparır;
• İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
• Agentliyin mülkiyyətindəki (balansındakı) əmlakın, mal-materialların və QMA-ların uçotunun 
düzgünlüyünü təmin edir;
• Agentliyin mülkiyyətində (balansında) olan malların inventarizasiyasının aparılmasını təmin edir;
• Agentliyin işçilərinə əmək haqqının, mükafat, ezamiyyə, digər ödənişlərin verilməsini təmin edir və bu 
ödənişlərlə bağlı xərclərin hesablanmasını və qanunvericiliklə müəyyən edilmiş tutulmaları həyata 
keçirir;
• Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot 
sənədlərinin məzmununun məxfiliyinin qorunmasını təmin edir;
• Ciddi hesabat blankları üzrə hesabatı tərtib edir və aidiyyəti qurumlara təqdim edir;
• Vergi və digər dövlət orqanlarına hesabatları təqdim edir;
• Tapşırıqların gedişatı və nəticələri barədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Xüsusi tələblər

• Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzu olunandı)
• Maliyyə və mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
• Yaş həddi 25-40 aralığı;
• Yüksək korporativ ünsiyyət bacarığı
• Yüksək səviyyədə Excel bilikləri
• 1C ilə iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri arzuolunandır


Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə şöbə – Mütəxəssis) qeyd etməniz tələb olunur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

Telegram kanalımız