Marketinq Akkaunt Menecer

Bakı

Sinteks Group of Companies
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kampaniya Strategiyası: Brendin hədəf auditoriyası ilə rezonans doğuran və onun brend imicinə uyğun gələn marketinq və reklam strategiyaları hazırlamaq üçün partnyorlarla əməkdaşlıq edir.
  • Məhsulun Təşviqi: Həm onlayn, həm də oflayn olaraq əlaqələndirilmiş marketinq kampaniyaları vasitəsilə brendin yeni kolleksiyalarını, məhsul təqdimatlarını və mövsümi tendensiyalarını təşviq edir.
  • Visual Merchandising Dəstəyi: Məhsul kateqoriyalarını anlayaraq, mağazadaxili VM və “window” displeylərin təşkili  və marketinq dəstəyi təmin etmək üçün partnyorlarla  yaxından işləyir.
  • Rəqəmsal Marketinq: E-poçt marketinqi, sosial media və onlayn reklam kampaniyaları daxil olmaqla rəqəmsal marketinq təşəbbüslərinə nəzarət edir.
  • Event Planlaşdırılması:  Müştəriləri cəlb etmək üçün “fashion show”, “trunk show” nümayişlərini, məhsul təqdimatlarını və mağaza açılışlarını təşkil edir.
  • Kreative brifinq: Brendərin və onun kolleksiyalarının mahiyyətini əks etdirən kreativ brifinqlər hazırlamaq üçün kreativ komandayla əməkdaşlıq edir.
  • Büdcə İdarəetmə: Ən effektiv ROI-ə nail olmaq üçün resursların səmərəli şəkildə bölüşdürülməsini təmin edərək, marketinq büdcələrini idarə edir.
  • Performans Təhlili: Strategiyaları optimallaşdırmaq və nəticələri partnyorlara bildirmək üçün məlumatlara əsaslanan “insight”-ları istifadə edərək, marketinq kampaniyalarının performansını davamlı olaraq izləyir və təhlil edir.
  • Moda Trendləri: Müvafiq və vaxtında marketinq tövsiyələri vermək üçün dəb tendensiyaları, istehlakçı yeniliklərdən xəbərdar olur.

Xüsusi tələblər

  • Biznes / Marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi
  • Marketinq üzrə sertifikatlar və ixtisaslaşma
  • Müvafiq sahədə ən azı 3 illik təcrübə
  • Lyuks seqmentin marketinq sahəsində təcrübəyə üstünlük verilir
  • Marketinq əsasları
  • Bazar araşdırması
  • Satış məlumatların təhlili 
  • Marketinq kanalları
  • İngilis dili yüksək səviyyədə
  • MS Office Programları
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız