Mütəxəssis (Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektoru)

Bakı

Dövlət İmtahan Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Rəhbərlik tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin etmək;

• Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət satınalmalarının həyata keçirilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə ilkin satınalma planını hazırlamaq, dövlət büdcəsi və büdcədənkənar gəlirlər və xərclər smetası təsdiq edildikdən sonra isə planda dəqiqləşdirmə apararaq dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmək;

• Hesabat ili ərzində ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik haqqında qərar qəbul olunduqdan sonra bu barədə məlumatı dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmək;

• Mərkəzin aidiyyəti struktur bölmələrindən daxil olan tələbatlar nəzərə alınmaqla satınalma sifarişlərini hazırlamaq və müvafiq satınalma prosedurunun keçirilməsi üçün tələb olunan işləri görmək;

• Mərkəz üzrə satınalma prosedurlarını həyata keçirmək

• Sektorun fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatlardan daxil olan ərizələrə, müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmanı təmin etmək;

• Sektorun fəaliyyəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: Ali təhsil
  • İş stajına dair tələb: Dövlət satınalmaları sahəsində 1 il iş stajı (elektron satınalma)
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, 1C ERP proqramlarında sərbəst işləmə bacarığı
  • Dil biliklərinə dair tələblər: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dil biliyi üstünlükdür)
  • Yüksək səviyyədə mövcud qanunvericilik bilikləri;
  • Güclü analitika, problemi təhlil etmə və təqdimat bacarığı;
  • Müstəqil və komandada işləmə bacarığı.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində " Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektorunda mütəxəssis" qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 31 mart 2024-cü il tarixinədək göndərə bilərlər.


Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 AZN

Telegram kanalımız