Mərkəz direktoru

Bakı

Qarabağ Universiteti
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Mərkəzin fəaliyyətinin planlaşdırılması, təşkili, fəaliyyətlərin icrasına
nəzarət edilməsi;
• Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun təhsil proqramları və
xidmətlərinin təşkili, idarə edilməsi;
• Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı müxtəlif tərəflərlə əməkdaşlığın
qurulması və aparılması;
• Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, işçilərin (müəllim və
inzibati idarəetmə heyəti) işə qəbulu və peşəkar inkişafının təşkil edilməsi;
• Mərkəzdə peşəkar iş mühitinin təmin edilməsi;
• Mərkəzin resurs və imkanlarının idarə edilməsi.

Xüsusi tələblər

• Xarici dil tədrisi və (ya) idarəetmə sahəsində müvafiq ixtisaslar üzrə
minimum magistr ali elmi-ixtisas dərəcəsi (qeyd edilən və ya digər
sahələrdə elmi dərəcə və (və ya) elmi ad üstünlükdür);
• Müvafiq sahə üzrə minimum 8 il, xarici dil tədrisi ilə bağlı minimum 5 il,
idarəetmə ilə bağlı minimum 3 il təcrübə (sözügedən təcrübənin ali təhsil
müəssisələrində olması üstünlükdür);
• Təhsil proqramlarının hazırlanması, müəllimlərin peşəkar inkişafı, təhsil
texnologiyaları ilə bağlı təcrübə üstünlükdür;
• Ən azı C1 səviyyəsində ingilis dili biliyi (digər xarici dil biliklərinin olması
üstünlükdür);
• DELTA və digər müvafiq sertifikatlara sahib olması üstünlükdür;
• Liderlik və idarəetmə bacarığı;
• İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə və rəqəmsal
bacarıqlar;
• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• Yüksək kommunikasiya (yazılı və şifahi), qərar qəbuletmə və problem
həlletmə bacarığı;
• Stresədavamlılıq;
• Tədqiqat və analitik təhlil bacarığı.

Tələb olunan sənədlər:

• Tərcümeyi-hal;
• Ali təhsili təsdiq edən sənədlərin surəti;
• Dil səviyyəsini təsdiq edən və digər peşəkar sertifikatlar (əgər varsa);
• Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
• Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, mərkəzlə bağlı
baxış – maksimum 500 söz);
• Tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 637 - 731 AZN

Telegram kanalımız