İngilis dili müəllimi

Bakı

Qarabağ Universiteti
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları,
qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi
prosesində iştirak;
• Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin
planlaşdırılması, hazırlanması və icrası;
• Müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris
metodologiyaları və texnologiyalarından istifadə edilməsi;
• Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin
verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə
metodların uyğunlaşdırılması;
• Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf
imkanlarından istifadə;
• Tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil
bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin
təşkili;
• Mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.

Xüsusi tələblər

• Müvafiq sahə üzrə minimum magistr ali elmi-ixtisas dərəcəsi (elmi dərəcə

və (və ya) elmi ad üstünlükdür);

• İngilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə;

• Dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan

resursların formalaşdırılması ilə bağlı təcrübə üstünlükdür;

• Ən azı C1 səviyyəsində ingilis dili biliyi (digər xarici dil biliklərinin olması

üstünlükdür);

• Dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik

olması üstünlükdür;

• İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

• Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

• Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;

• Tədqiqatçılıq bacarığı;

• Davamlı peşəkar inkişafa maraq.

Tələb olunan sənədlər:

• tərcümeyi-hal;
• ali təhsili təsdiq edən sənədlərin surəti;
• dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər
varsa);
• dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
• Azərbaycan dilində müşayiətedici məktub (motivasiya – maksimum 500
söz);
• tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız