Verilənlər bazasının inzibatçısı

Bakı

Avrora Qrup
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Verilənlər bazası obyektlərinin yaradılması;
  • Verilənlərin tamlığının, əlçatanlığının təmin olunması;
  • Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması;
  • Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması;
  • Verilənlər bazası sistemlərinin monitorinq edilməsi və optimallaşdırılması;
  • Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması;
  • Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırılıb test və real sistemlərdə tətbiq olunması;
  • Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi;
  • Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması;
  • Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.);
  • Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyinin təmin edilməsi;
  • Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi;
  • Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi;
  • Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması;
  • Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi;
  • Xərclərin azaldılması məqsədilə optimallaşdırma işlərinin görülməsi;
  • Dəyişikliklərin sənədləşdirilməsi; 
  • Kritik əhəmiyyətli sistemdə 7/24 dəstək göstərilməsi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 - 17:00 və ya 09:00 - 18:00;

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə olması arzuolunandır);
  • Təcrübə: MS SQL 2014, 2016, 2017, 2019 üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi;
  • SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS), SQL Server Reporting Services(SSRS) üzrə biliklər;
  • Texniki səviyyədə ingilis dili bilikləri;
  • Nəticəyönümlülük;
  • Punktuallıq;
  • Diqqətlilik.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız