Marketinq üzrə mütəxəssis

Bakı

Asia Motors
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Bütün növ marketinq layihələrinə nəzarət etmək, koordinasiya etmək, marketinq alətlərində işləmək;
  • Şirkətin bütün rəsmi sosial media hesablarının idarə edilməsi;
  • Marketinq planının hazırlanması və həyata keçirilməsi;
  • Outdoor və indoor reklamların yerləşdirilməsi;
  • Press relizlərin yazılması;
  • Şirkətə məxsus internet səhifələrinə nəzarət və dəyişikliklərin edilməsi;
  • Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərin təyin etmək;
  • SMM üzrə aylıq planların hazır edilməsi;
  • Plan üzrə vizualların hazırlanmasına nəzarət etmək;
  • Plan üzrə mövzu mətnini (kontenti) hazırlamaq;
  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz araşdırmalarının aparılması;
  • Axtarış platformalarında optimizasiyanı təşkil etmək;
  • Şirkət üçün marketinq materiallarının hazırlanması və sifariş olunması;
  • Marketinq kampaniyaları və layihələrinin idarəedilməsi;
  • Marketinq tədbirlərinin təşkili;
  • Müqayisəli şəkildə aylıq nəticələrin hesabatlarının hazırlanması;
  • Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
  • Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;


Xüsusi tələblər

  • Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
  • Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
  • Azərbaycan dilini səlist bilməli, Rus və İngilis dilini yaxşı bilməli;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
  • Avtomobil sahəsində təcrübə arzuolunandır;
  • MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
  • Məsuliyyətli, operativ, dəqiq, komanda ilə çalışa bilən olmalı;
  • Aktiv, çevik və ünsiyyətcil olmalı;
  • Kreativ yanaşmaya sahib və yeniliklərə açıq olmalı;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı olmalı;
  • Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • İş qrafiki: 5 günlük və müvafiq iş saatı həcmi.
  • İş yeri: Babək prospekti.
  • Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
  • Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 1500 - 2000 AZN

 
  • Bakı

  • 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız