Təmizlik işçisi (bəy)

Bakı

Cinema Plus
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Günün əvvəlində, sonunda və seanslar arasında kino zallarında və xidməti otaqlarda zibilləri yığışdırır. Bu zaman toplanan istifadə olunmuş popkorn qutuları mütləq qaydada yerində cırılmalı daha sonra zibil torbasına yığılmalıdır;
  • Kino zalları və sanitar qovşaqlar və xidməti otaqlarda tozları silir, döşəmədə, pilləkənlərdə, pəncərələrdə, divarlarda, plintuslarda quru və nəm təmizləmə işləri görür. Bu zaman xüsusi vasitələrdən istifadə edə bilər;
  • Döşəmələrin, divarların və tavanların təmizlənməsi üçün müxtəlif yuyucu və dezinfeksiyaedici qarışıqlar hazırlayır və onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir, maska və əlcəkdən istifadə edir;
  • Toplanmış tullantıları və zibilləri kinoteatrdan müəyyən edilmiş yerlərə daşıyır;
  • İş üçün lazım olan yuyucu vasitələr, inventar və digər materiallardan qənaətlə, ehtiyyatla və səliqə ilə istifadə edir;
  • Zibil qablarını müəyyən olunmuş yerlərə düzür, onları vaxtında təmizləyir və dezinfeksiya edir;
  • Təmizlik işləri gördükləri yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir;
  • İstirahət günləri və axşam saatlarında inzibatçının göstərişlərinə uyğun hərəkət edir;
  • Dərin təmizlik işlərində iştirak edir

Xüsusi tələblər

  • Təhsil: vacib deyil;
  • Təcrübə: vacib deyil;
  • Bəy namizədlər
  • fiziki sağlam və işləmək istəyi olan
 İş qrafiki: 3 növbədən birində işləmək imkanı
1. 07:00-16:00
2. 14:00-23:00
3. 16:00-01:00
Ünvan: Cinema Plus şəbəkəsi 28 Mall və Gənclik Mall filialı

Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Təmizlik işçisi” qeyd edərək (055) 400-17-71 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı, Gəncə, Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1000 - 1500 AZN

 
  • Bakı

  • 600 - 900 AZN

Telegram kanalımız