Müştərilərlə iş və Rəqəmsal Marketinq üzrə Menecer

Bakı

Azercosmos
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərkosmos və onun biznes xətləri üçün CRM sistemlərinin, o cümlədən dizayn və proqramlaşdırma işlərinin koordinasiyasını icra etmək
  • CRM sisteminin rahat istifadəsi üçün təşkilat daxilində istifadəçilər üçün təlimlər keçilmək. İstifadəçinin sınaq və təkmilləşdirmə prosesini dəstəkləmək və biznesin məqsədlərinin tam təmin olunmasına əmin olmaq.
  • CRM-ə məlumatların daxil edilməsi və onların idarə olunması məqsədilə sistemdə iş axını (workflow) bölməsini və standartlarını qurmaq.
  • CRM sistemində məlumatın keyfiyyətini davamlı yoxlamaq və auditini təmin etmək.
  • Gündəlik əsas tapşırıqları avtomatik olaraq yaratmaqla CRM-in istifadəsini yaxşılaşdırmaq və yeni həllər müəyyən etmək, eləcə də sistemi digər departamentlərin işi ilə əlaqələndirmək.
  • Biznes ehtiyaclarına uyğun olaraq CRM sisteminin əsasında hesabatları hazırlamaq.
  • Məhsuldarlığı artırmaq və iş proseslərini yaxşılaşdırmaq üçün şirkətin mövcud texnologiyadan tam istifadəsini təmin etmək.
  • Biznesə potensial müştərilərin gətirilməsi üçün xüsusi hazırlanmış reklam kampaniyalarını yaratmaq, izlənilməsini və effektivliyini ölçmək.
  • Həyata keçirilən rəqəmsal media kampaniyaların marketinq səmərəliliyini (ROI) monitorinq etmək.
  • Azərkosmos, onun brend və məhsulları üçün rəqəmsal həllər (veb sayt, applikasiya) yaratmaq, təkmilləşdirilmək və idarə etmək.
  • Kosmik Agentlik fəaliyyətinin (layihələr, proqramlar, yerli və beynəlxalq tədbirlər) yerli və qlobal auditoriyaya təşviq etmək (sosial şəbəkələr, ödənişsiz və ödənişli platformalar vasitəsilə).
  • Şirkətin bazardakı rəqiblərinin rəqəmsal strategiyalarını izləmək, insayt və nəticələr çıxarmaq, bunun əsasında aylıq hesabatlar hazırlamaq.
  • Azərkosmosun korporativ kodeksinə əməl edilməsi.
  • Departamentin və qrupun fəaliyyəti ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Ali təhsil.
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq.
  • Salesforce platformasında iş təcrübəsi üstünlükdür.
  • Azərbaycan dili yazılı və şifahi (yüksək səviyyədə)
  • İngilis dili yazılı və şifahi (yüksək səviyyədə)
  • Yüksək dərəcədə analitik düşüncə
  • Tənqidi təfəkkür
  • Mürəkkəb anlayışların/məsələlərin anlaşıqlı formada izahatına dair bacarıqlar
  • Müştəri yönümlü düşüncə tərzi
  • Yüksək səviyyəli şifahi və yazılı ünsiyyət
  • Təqdimat etmək bacarığı
  • Təşəbbüskarlıq, yenilikçilik, yaradıcı düşüncə
  • Komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı
  • Eyni zamanda müxtəlif işlər üzərində işləyərkən prioritetlərin düzgün müəyyən olunması
  • Məxfi məlumatlarla işləmək

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 2000 - 2500 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız