Satış üzrə Bölmə rəisi(Bərdə)

Bərdə

Azersun Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

•    Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
•    Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
•    Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.  
•    Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
•    Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
•    Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
•    Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
•    Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
•    Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
•    Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.  
•    Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
•    Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
•    Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.  
•    Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.  
•    Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
•    Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
•    İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
•    İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.  
•    Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması

Xüsusi tələblər

  •    Müəssisə:  AZ KAĞIZ VƏ KARTON MMC
  •    İqtisadiyyat sahələrində ali təhsilli olmalı
  •    Qida və ya Qeyri qida satış  və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
  •    MS Office proqramında baza bilikləri olmalı
  •    B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
  •    Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlis danışma bacarığı olmalıdır
  •    Liderlik qabiliyyəti olmalıdır

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə Bölmə Rəisi” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 700 - 1500 AZN

Telegram kanalımız