Təchizat üzrə Mütəxəssis

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
  • Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
  • Daxili müştərilər ilə xüsusi əhəmiyyətli, yüksək riskli və yüksək prioritetli müqavilələr üçün müqavilələrin icrasına nəzarətin əhatə dairəsini və təchizat strategiyalarını nəzərdən keçirmək və müəyyənləşdirmək;
  • Pul vəsaitlərinin hərəkəti, maliyyələşdirmə, istiqraz vərəqələrinin buraxılışı, valyuta, risklərin qarşısının alınması üzrə siyasəti nəzərdən keçirmək və müəyyənləşdirmək;
  • Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
  • Qiymət təklifinə dair sorğuya/tender sənədlərinə əlavə edilməli olan bütün texniki sənədləri əldə etmək;
  • Qiymətləndirmə strategiyasının sənədini müəyyənləşdirmək və təsdiqləmək üçün Satınalmalar Şöbəsinin müdiri və daxili maraqlı tərəflərlə birlikdə işləmək;
  • Qiymət təklifinə dair sorğu/tender paketi hazırlamaq, tender prosesini sürətləndirmək və təklifləri qəbul etmək;
  • Kommersiya və texniki qiymətləndirmə prosesini başlatmaq. Texniki komandanın verdiyi məlumatları qəbul etmək və onları tender iştirakçıları ilə paylaşmaq. Ehtiyac yaranarsa, tender təklifini nəzərdən keçirmək;
  • Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
  • Satınalmaların həyata keçirilməsi üzrə xidmətlərlə bağlı “gizli” öhdəlikləri, inkotermlər, ixrac/idxal üzrə məhdudiyyətlər, daşınma öhdəlikləri və vergidən azadolmaya dair tələblərə uyğunluq kimi məsələləri nəzərdən keçirmək;
  • Kommersiya qiymətləndirməsini yekunlaşdırmaq. Tenderdən sonra danışıqlar aparmaq və müqavilənin təltif olunması ilə bağlı tövsiyə vermək;
  • Müvafiq tərəflərlə Müqavilə ilə bağlı başlanğıc görüşü keçirmək;
  • Müqavilənin təltif olunmasından sonrakı fəaliyyətlərin icrası üçün əsas maraqlı tərəflərlə əlaqələr qurmaq. Əhatə dairəsinin dəyişməsi və şikayət və iddia tələblərinə baxılması ilə bağlı mübahisəli məsələlərin həllində iştirak etmək. Dəyişikliklə bağlı sorğunun verilməsi və  müqaviləyə düzəlişlərin təklif olunması prosesini idarə etmək;
  • Hesab-fakturalar üzrə ödənişlərin həyata keçirilməsi və nağd vəsaitlərin hərəkətini uyğunlaşdırmaq üçün Maliyyə Şöbəsi ilə əməkdaşlıq etmək; 
  • Satınalmaların və xidmətlərin keyfiyyətini qoruyub saxlayarkən və ya təkmilləşdirərkən xərclərin optimallaşdırılmasına nail olmaq;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbəri tərəfindən verilən sifahi, yazılı göstərişlərin və mövcud şirkət daxili qaydaların icrası;
  • Görülən işlərin prosedur və təlimatlara uyğun həyata keçirilməsi;
  • Şirkətə aid məlumatların məxfiliyinin təmin olunması;
  • Password–ların gizli saxlanması. 

Xüsusi tələblər

  • Bakalavr dərəcəsi və ya daha yüksək dərəcə
  • Müqavilələrin icrasına nəzarət
  • Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi
  • İngilis dilini və MS Office proqramlarını bilməlidir
  • Kompleks P2P (satınalma ödəmə müddəti) prosesləri
  • Danışıqlar aparmaq
Telegram kanalımız