Audit şöbəsinin auditoru

Bakı

AzInTelecom
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İllik Daxili Audit planına uyğun və plandankənar audit layihələrinin planlaşdırılması və icrası;
  • Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanması;
  • Cəmiyyətdə idarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərini qiymətləndirmək və səmərəliliyinin artırılması məqsədilə tövsiyə verilməsi;
  • Daxili Audit müşahidələrinə əsasən tövsiyələrin verilməsi və verilmiş tövsiyələrin icrası prosesinin təqib edilməsi;
  • Vəzifə və funksiyaların Daxili Audit haqqında Azərbaycan Respublikasının Qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili Audit üzrə Peşəkar Təcrübənin Beynəlxalq Əsasları (Daxili Audit Standartları, Daxili Audit üzrə Peşəkar Təcrübənin Əsas Prinsipləri, Etika Məcəlləsi) əsasən icra edilməsi;

Xüsusi tələblər

  • İqtisad, Hüquq, İnformasiya Texnologiyaları və ya Kompüter elmləri ixtisasları üzrə ali təhsil;
  • Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqaməti üzrə baza biliklərinin olması;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarıqları;
  • Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
  • Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
  • Vətəndaş qüsursuzluğu;
  • Daxili Audit, Maliyyə, Risklərin idarə edilməsi və İnformasiya Texnologiyaları sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür.


Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız