Saxtakarlıq üzrə aparıcı analitik

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Saxtakarlıq fəaliyyətini göstərən nümunələri və tendensiyaları müəyyən etmək üçün böyük verilənlər bazasını təhlil edilməsi;
  • Saxtakarlığı aşkar etmək və proqnozlaşdırmaq üçün statistik modelləri və maşın öyrənmə alqoritmlərini hazırlanması və tətbiq edilməsi;
  • Şübhəli əməliyyatları araşdırılması və müvafiq tədbirləri tövsiyə edilməsi;
  • Səmərəliliyi və dəqiqliyi artırmaq üçün məlumatların əl ilə təhlili tapşırıqlarını və proseslərini avtomatlaşdırılması;
  • Saxtakarlığın aşkarlanması sistemlərinə nəzarət edilməsi və yaranan Saxtakarlıq təhdidləri ilə bağlı məlumatlı olmaq;
  • Nəticələri və tövsiyələri təqdim etmək üçün maraqlı tərəflərlə səmərəli ünsiyyət qurmaq;
  • Saxtakarlığın aşkarlanması üçün istifadə edilən mövcud məlumat təhlili avtomatlaşdırmalarını və daxili proqramların dəstəyi və qorunması;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
  • Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.

Xüsusi tələblər

  • Kompüter Elmləri və ya Data Analitikası üzrə bakalavr dərəcəsi;
  • Data Analitika sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Müəyyən sahələrdə peşəkarliq (dərəcələri): Telekommunikasiya və Məlumatların təhlili;
  • Məlumatların təhlili prinsipləri, Python, SQL, maşın öyrənmə konsepsiyaları, güclü analitik və ünsiyyət bacarıqları;
  • Yuxarı/orta səviyyədə ingilis dili;
  • Məlumatların təhlili prinsipləri və üsulları (təsviri statistika, fərziyyə testi və s.);
  • Məlumatların vizuallaşdırılması alətləri ilə təcrübə;
  • Maşın öyrənmə konsepsiyaları üzrə iş bilikləri (nəzarət olunan və nəzarətsiz öyrənmə);
  • Saxtakarlığın aşkar edilməsi üsulları və alətləri ilə tanışlıq;
  • Avtomatlaşdırma alətləri və skript dilləri (məsələn, Python) ilə təcrübə.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 450 AZN

 
  • Bakı

  • 550 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız