İT Sahəsində Layihələrin İdarəedilməsi və biznes təhlili üzrə mütəxəssis

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Biznes və iş proseslərini və onların hazırki və gələcək proqram təminatı həlləri ilə əlaqələrini anlamaq və sənədləşdirmək
  • Həllərin hazırlaması üzrə komandanın problemi və həll yolunu tam anlamasından əmin olmaq
  • Kompleks layihə sənədlərini yaratmaq və saxlamaq
  • Təklif olunan layihələrin iş təfərrüatı, fayda və risklərini optimallaşdırmaqda layihə istifadəçilərinə və İT rəhbərliyinə yardım etmək; istifadəçilərin və rəhbərliyin gözləntilərini idarə etməyə yardım etmək
  • Layihələrin nöqsansız icrası üçün daxili resurslar və üçüncü tərəfləri/podratçıları koordinasiya etmək
  • Resursların mövcudluğunu və bölüşdürülməsini təmin etmək
  • Bütün layihələrin vaxtında, büdcə çərçivəsində və iş həcminə uyğun səviyyədə təhvil verilməsini təmin etmək
  • Bir necə məhsul növünə cavabdehlik
  • Prosesləri izləyə bilmək üçün layihənin ətraflı planını hazırlamaq
  • Rəhbərliyə hesabat vermək və zərurət yarandığı halda prosesi sürətləndirmək
  • Təsir dairəsi- İT Tələblərin İdarəetməsi bölməsi
  • İT Rəhbər idarəçilər səviyyəsində kommunikasiya
  • Dəyişikliklərin aydın olmasını təmin etmək üçün istifadəçilərlə əlaqədə olmaq. İstifadəçilərə yeni həllərlə işləməyə kömək etmək. Həlli idarə etməkdə sifarişçiyə yardım etmək, bununla da yeni tətbiq edilən həllərə görə, təşkilati dəyişikliklərdə minimum çətinlik təmin edilsin
  • Biznes tələblərinə edilən dəyişiklikləri idarə etmək və təsiredici amilləri təhlil etmək
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək Şirkətə aid məlumatların məxfiliyini təmin etmək

Xüsusi tələblər

  • Ali təhsil (informasiya texnologiyaları yaxud biznesin idarəetməsi sahəsinə üstünlük verilir)
  • Mükəmməl səviyyədə Azərbaycan, Rus, İngilis dili biliyi
  • Layihə idarəetməsi/Biznes təhlili/İT sahəsində 2 ildən çox müvafiq təcrübə
  • Telekommunikasiya sahəsində təcrübə
  • Geniş məhsul təcrübəsi (məhsul idarəetmə də olar kontekstdən asılı olaraq)
  • Çoxsaylı tapşırıqları yerinə yetirmək, tapşırıqları prioritetləşdirmək, kritik qərarlar qəbul etmək bacarığı.
  • Müstəqil və komandada işləmək bacarığı
  • Tez-tez baş verən fasilələrə baxmayaraq məhsuldar işləmək bacarığı
  • Vəzifənin tələblərinə uyğun saatlarda işləmək bacarığı

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız