İnternet protokol magistral xəttin planlaşdırılması və inkişafı üzrə mühəndis

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əsas İP BB şəbəkə elementləri və onların aslı olduları elementlərin idarəetmə sistemi ile əlaqələndirərək idarəedilməsi, konfiqurasiyası, optimizasiyası və səhvsiz işləməsinə məsul olmaq;
  • Müxtəlif istehsalçıların məhsullarını şəbəkəyə birləşdirmək, məhsulların yenilənməsini, qəbul edilmə sınaqlarını, problemlərin yerində həll olunması xidmətlərini həmçinin problemlərin müxtəlif səviyyələrdə qiymətlədirməsini həyata keçirmək;
  • İP BB şəbəkə elementlərini konfiqurasiya etmək, dəstəkləmək, qurlaşdırmaq və idarəetmək, həmçinin OSS şəbəkə proqram təminatlarına uyğunlaşdırmaq.
  • İPBB və OSS-in daxili prosedurlarını və sənədlarini hazırlamaq və yoxlamaq, həmçinin istehsalçının xüsusi prosedurlarını rəy vermək;
  • Tələb olunan sənədləri analiz edib uyğun istehsalat standartları ilə əlaqəli boşluqlar tapmaq, misal olaraq İPBB şəbəkə və OSS məhsullarının proqram təminatının xüsusiyyətləri, layihəsi, inkişafı və istismar edilməsi;
  • Bütün korparativ layihələrin və hədəflərin yerinə yetirilməsində aparıcı iştirakçı olmaq;
  • Son istifadəçilərə İPPB şəbəkəsi və OSS platformalara lazımı daxil olma keçidinin təmin olunması.

Xüsusi tələblər

  • İnformasiya texnologiyaları və ya telekomunikasiya sahəsində bakalavr və ya magistr dərəcəsi;
  • Telekommunikasiya sahəsində ən az 2 il iş təcrübəsi;
  • Informasiya və kommunikasiya texnologiyaları sahəsində dərin biliklərə sahib olmaq; 
  • Mobil şəbəkə texnologiyaları sahəsində biliklər;
  • Transmissiya texnologiyaları (Microwave, SDH and DWDM) sahəsində biliklər;
  • TCP/İP sahəsində biliklər;
  • Şəbəkə və informasiya təhlükəsizliyi biliyi;
  • Virtualizasiya texnologiyaları biliyi;
  • Unix və Microsoft proqram təminatı biliyi;
  • Proyektlərin və büdcənin planlaşdırılması bacarığı;
  • Mobil şəbəkələrin planlaşdırılması, dizaynı, inteqrasiyası və idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Servis provayderi şəbəkələrinin planlaşdırılması, dizaynı, inteqrasiyası və idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Şəbəkə və informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi;
  • Virtualizasiya sahəsində iş təcrübəsi.
  • İngilis, Rus, Azərbaycan dil bilikləri; 
  • Unix, MS Windows, MS Office biliklərinə mükəmməl sahib olmaq;
  • Switching bilikləri – VTP, STP, VLANs;
  • Routing bilikləri – Static, BGP, OSPF, İSİS, MPLS/VPN, VPLS;
  • İP traffik mühəndisliyi və Xidmət keyfiyyəti (QoS) prinsipləri (RSVP, WRED, PQ, CBWFQ/LLD,  MQC etc) bilikləri;
  • Əsas texnoloji biliklər (Ethernet, ATM, SONET, DWDM, MPLS);
  • Sənaye həll edilmələrinin – Cisco, Huawei, Juniper texnika arxitekturası və əməliyyat sistemi bilikləri;
  • Unix, MS Office, TCP/İP prinsiplərini mükəmməl bilmək;
  • Skript dilləri (bash, python, perl, etc.) ilə biliklər və təcrübə.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Qarabağ

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız