Sektor müdiri (Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi)

Bakı

Dövlət İmtahan Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektorda aparılan işlərin planlaşdırılması, yoxlanılması və işin gedişatının nəzarətdə saxlanılması
  • Sayihələr və fərdi şəkildə işçilər üçün təhvil qrafiklərinin tərtib edilməsi
  • Müzakirələr və qrup şəklində işin təşkil edilməsi
  • Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi
  • Psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsinin təşkil edilməsi
  • Psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak
  • Statistik təhlilin aparılması və nəticələrinin psixoloji nöqteyi-nəzərindən izah edilməsi
  • E-psixoloq.az internet səhifəsinin inkişafı üçün təkliflərin irəli sürülməsi və ümumi gedişatının idarə olunması
  • Psixoloji xidmətlərin təbliği
  • E-psixoloq.az səhifəsinə aid sosial şəbəkələr üçün materialların hazırlanması və aparılmasına nəzarət
  • E-psixoloq.az səhifəsinə aid sosial şəbəkələr üçün materialların hazırlanması və aparılmasında iştirak
  • Psixoloji elmi və maarifləndirici materialların hazırlanması və yoxlanılması
  • Təlim və seminar proqramlarının hazırlanması və yoxlanılması
  • Psixoloji konsultasiya, təlim, diaqnostika və seminarların keçirilməsi
  • Müxtəlif yerli və beynəlxalq ekspertlərlə müvafiq sahələr üzrə əlaqələrin yaradılmasının təşkili və bu istiqamət üzrə fəaliyyətin davamına nəzarət edilməsi
  • Beynəlxalq və ölkədaxili tədbirlərdə və layihələrdə iştirak
  • Sektorun qurumdaxili digər departament, şöbə və sektorları ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsi
  • Təşkilat daxili digər struktur bölmələrinə müvafiq sahə üzrə dəstəyin göstərilməsi
  • Rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak
  • Müntəzəm hesabatların hazırlanması
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.)

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: psixologiya ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələb: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office, Google Drive, Google Docs, Google Forms, Jira software, SPSS və Jamovi proqramları (arzuolunandır), Scopus, E-library, Web of Science və s. elektron kitabxanalar
  • Dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2
  • Xüsusi tələblər: idarəetmə bacarıqları, analitik düşünmə, planlaşdırma bacarığı, yaradıcılıq, çeviklik, stresədözümlülük, kommunikativ bacarıqlar, komanda və fərdi şəkildə işləmə bacarığı

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri" qeyd olunmaqla [email protected] elektron poçt ünvanına  27 mart 2024-cü il tarixinədək göndərə bilərlər.

 

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız