Mühasib-analitik

Bakı

AzProduct
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Həftəlik, Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması
  • Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması
  • Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması
  • Böyük şəbəkələrlə üzləşmələrin təşkili
  • Mövcud rutların optimallaşdırılması, təhlili və təftişi
  • Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması
  • Satışa nəzarət və satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi
  • Kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
  • Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması; 
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
  • Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
  • Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
  • İadələrin sistemə (Proqrama) qeydiyyatının aparılması və aidiyyatı üzə bölüşdürülməsi;
  • Satış qaimələrinin geri dönüşdə yoxlanılması və yaranan problemlərin (qiymət və ya məhsul girişlərinin) aradan qaldırıması;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

Məsuliyyəti:

  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq.
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.

Xüsusi tələblər

  • Təhsil: İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ail təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Güclü proses və planlaşdırma düşüncəsi;
  • İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
  • İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
  • Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.
  • Əsas maliyyə hesabatları; Balans hesabatı, Mənfəət/ Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti və s. hesabatların hazırlanmasını bilmək;
  • Sürətli və effektiv Excel və 1C proqramı bilikləri;
  • Vergi prosedurları bilikləri, illik audit və hesabat prosedurları, ödəmə üsulları / satınalma prosesi haqqında məlumat;
  • Azərbaycan, rus, ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

Telegram kanalımız