Mühəndis (mülki müdafiə üzrə, Ağdaş şəhəri)

Ağdaş

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  MQKS-i üzrə Mülkü müdafiə (bundan sonra - MM) qüvvələrinin yaradılmasıda, MM-nin təşkili üzrə təkliflərin hazırlanmasında iştirak etmək; 
  •  MM qərargahının təşkilində, fəaliyyət planının hazırlanmasında iştirak etmək; 
  •  MQKS-i üzrə MM planını (5 illik) hazırlamaq və plana uyğun olaraq MM-ni təşkil etmək: ; 
  •  Alınmış qeydlərin və hazırlanmış MM tədbirlər planının ilkin variantı əsasında sahənin növbəti il üçün MM tədbirlər planın hazırlamaq və sahə rəisinə təqdim etmək, 
  •  Elektron variantda hazırlanmış, sahə rəisi ilə razılaşdırılmış və növbəti il üçün nəzərdə tutulmuş MM tədbirlər planını çap etmək və razılaşdırılması üçün Fövqəlada və Mülkü Müdafiə şöbəsinə təqdim etmək; 
  •  Razılaşdırılmış planını sahə rəisi tərəfindən təsdiqlənməsindən sonra qovluğa tikmək; 
  •  MM planına (5 illik) müvafiq olaraq sahədə MM-nin həyata keçirilməsində iştirak etmək; 
  •  MM planında (5 illik) dəqiqləşdirmələrin və müvafiq düzəlişlərin aparılması barədə təkliflər hazırlamaq; 
  •  Sahədə cari il üçün illik MM tədbirləri planını hazırlamaq, plana uyğun olaraq MM-ni təşkil edilməsinə və həyata keçiriməsinə nəzarət etmək; 
  •  Sahənin cari il üçün aylıq və illik MM tədbirləri məlumatlarını hazırlamaq; 
  •  MM tədbirləri planını Fövqəlada və Mülkü Müdafiə şöbəsi ilə razılaşdırmaq; 
  •  MM tədbirlərinin təşkili və həyata keçirilməsi ilə əlaqədar əmr layihəsini hazırlamaq; 
  •  İllik MM tədbirləri planında nəzərdə tutulmuş tədbirləri sahədə yerinə yetirmək; 
  •  Sahədə hərbiləşdirilməmiş MM qüvvələrinin yaradılmasını, şəxsi heyətin təyin edilməsini və hazırlığını həyata keçirmək; 
  •  Sahədə FHK-nı və MM qərargahını yaratmaq 
  •  Hərbiləşdirilməmiş MM qüvvələrinin şəxsi heyətinin və qüvvələrə daxil olmayan işçilərin mülki müdafiəyə hazırlığı üzrə tədris qruplarını yaratmaq və qrup rəhbərlərini təyin etmək; 
  •  MM üzrə hazırlığın məşğələ cədvəlləri üçün məlumatları hazırlamaq; 
  •  MM qüvvələrinin və işçilərin fövqəladə hadisələrdən müdafiəyə hazırlığının həyata keçirilməsində iştirak etmək; 
  •  Fövqəladə hallarda şəxsi heyətin MM-yə hazırlanması üçün madditexniki bazanı yaratmaq; 
  •  Sahənin işçilərinin radioaktiv və kimyəvi zəhərlənmədən mühafizəsini təmin etmək məqsədilə fərdi mühafizə vasitələrinin (əleyhqazlar, respiratorlar, mühafizə geyimləri və s.), kimyəvi-kəşfiyyat, dozimetrik nəzarət cihazlarının və digər MM əmlak və avadanlıqlarının ehtiyatının yaradılması haqqında təkliflər vermək; 
  •  Fövqəladə hallarda şəxsi heyəti fərdi mühafizə vasitələri ilə təmin etmək; 
  •  Fərdi mühafizə vasitələrinin düzgün saxlanmasına nəzarəti həyata keçirmək; 
  •  Obyekt Mülki Müdafiə məşqini keçirmək; 
  •  MM illik tədbirlər planında nəzərdə tutulmuş obyekt məşqinin keçirilməsi ilə əlaqədar olaraq məşqə aid olan sənədləri (təşkilati göstərişlər, obyekt MM məşqi üzrə tapşırıqlar, təcili məlumatlar cədvəli, Şərti siqnallar cədvəlini) hazırlamaq; 
  •  Məşqin keçirilməsi planını, İzahedici yazını, niyyət xəritəsini, zərfləri (məlumatların təqdim edilməsi) MM məşqinə hazırlıq planını, məşqin gedişi zamanı təhlükəsizlik tədbirlərinin sənədlərini hazırlamaq; 
  •  MM obyekt məşqinə hazırlıq işlərini yoxlamaq; 
  •  Obyekt məşqinin keçirilməsi üçün vasitəçilər qrupunun tərkibini müəyyən etmək məqsədilə əmr layihəsini hazırlamaq, vasitəcilər qrupunu təlimatlandırmaq; 
  •  Məşqin imitasiya planını, praktiki elementləri hazırlamaq; 
  •  Şəxsi heyəti praktiki fəaliyyətə hazırlamaq; 
  •  Cəlb ediləcək texnika və vasitələri müəyyənləşdirmək; 
  •  Ardıcılığı təmin etmək; 
  •  Obyekt MM məşqinin keçirilməsi barədə yekun məlumatı hazırlamaq, razılaşdırılması və təsdiqinin yekun  variantını müvafiq şöbəyə göndərmək; 
  •  Sahənin mərkəzi aparatında və xidmət sahələrində çalışan MM rəhbər heyətinin, MM üzrə mütəxəssislərin fəaliyyət istiqamətləri çərçivəsində MM kurslarında hazırlıq keçirilməsini təmin etmək; 
  •  Hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis və şəxsi heyətinin hazırlanması çərçivəsində təlimi təşkil etmək; 
  •  Sahənin mərkəzi aparatında və xidmət sahələrində yaradılmış hərbiləşdirilməmiş MM qüvvələrinin komandir rəis və şəxsi heyyətinin hazırlıq keçməsi üzrə plan-qrafiki hazırlamaq və sənədin razılaşdırmaq; 
  •  İllik və 5 illik perspektiv MM kurslarının perspektiv planlarını tərtib etmək; 
  •  MM qüvvələrinin şəxsi heyəti, rəhbər heyətlə 15 saatlıq, MM qüvvələrinə cəlb olunmayan işçilərlə 12 saatlıq tədrisi təşkil etmək; 
  •  Dərs cədvəlllərini, jurnalları tərtib etmək, plan-konspektləri hazırlamaq, normativləri keçirmək; 
  •  MM gününün qeydi ilə əlaqədar sənədləri və hesabatları hazırlamaq; 
  •  Sahəninin mərkəzi aparatında və xidmət sahəsində MM-nin təşkili və fövqəladə hallarda fəaliyyətə hazırlığın davamiyyəti haqda aylıq və illik məlumat və hesabatları hazırlamaq; 
  •  MM tədbirlərinin keçirilməsi üzrə yekun sənədlərin və hesabatların məşq və təlimlər keçirildikdən sonra Qaz İxrac İdarəsinə və ərazi üzrə Regional Mülki Müdafiə şöbəsinə təqdim etmək; 
  •  Sahənin MM-nin təşkili və fövqəladə hadisələrdən mühafizəyə hazırlıq səviyyəsini nəzarətdə saxlamaq; 
  •  MM-nin təşkili və fövqəladə hadisələrdən mühafizəyə hazırlıq üzrə yoxlama planında nəzərdə tutulmuş yoxlamaları həyata keçirmək və yoxlamanın nəticələrini müvafiq şöbəyə təqdim etmək; 
  •  Sahənin və xidmət sahəsinin mühafizsini təşkil etmək və mühafizənin aparılmasına nəzarət etmək; 
  •  Buraxılışla əlaqədar mühafizə xidmətlərinə müraciətləri hazırlamaq; 
  •  Buraxılış rejimi və obyektdaxili rejim qaydalarını tərtib olunmasını, razılaşdırılmasını və təsdiq edilməsini təmin etmək; 
  •  Obyektlərin mühafizəyə götürülməsində və nəzarətin həyata keçirilməsində iştirak etmək; 
  •  Sahədə buraxılış rejiminin təşkilinə və təmin olunmasına kömək etmək; 
  •  Sahədə rejimli binaların, otaqların və ərazilərin mühafizəsinin təşkilində, buraxılış sisteminin və obyektdaxili rejim qaydalarının təmin olunmasında iştirak etmək, mühafizəçilərin xidməti vəzifələrini yerinə yetirməsinə nəzarət etmək; 
  •  Sahədə mövcüd olan səfərbərlik ehtiyyatlarının uçotunu aparmaq; 
  •  Sahədə və xidmət sahələrində mövcüd olan səfərbərlik ehtiyyatlarının dəqiqləşdirmək, uçotunu aparmaq və məlumat şəklində MM üzrə şöbələrə təqdim etmək; 
  •  Fövqəladə vəziyyət zamanı FMV-lərin paylanma məntəqəsinin yaradılmasını təşkil etmək; 
  •  MM qüvvələrinin iştirakı ilə mühafizə qurğularını hazır vəziyyətə gətirmək; 
  •  İdarəetmə məntəqəsini işə hazırlanması qarşılıqlı əlaqə ilə fəaliyyət göstərən MM obyektinin qüvvələri ilə rabitəni yoxlamaq. 
  •  Sahənin balansında olan MM əmlakının müvafiq normalara uyğun qorunub saxlanmasını təmin etmək; 
  •  Radiasiya və kimyəvi zəhərlənmələrə nəzarət etmək, vəziyyət haqqında məlumatları toplamaq və təhlil etmək; 
  •  Lazımi uçot və hesabat xarakterli sənədləşdirməni, həmçinin müvafiq hesabatları tərtib etmək; 
  •  İşin səmərəli təşkili üçün müvafiq rəhbərliyə mütəmadi olaraq məlumat vermək; 
  •  MM üzrə toplantılarda iştirak etmək; 
  •  MM üzrə qabaqcıl təcrübəni öyrənilməsimək və tətbiq etmək; 
  •  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək

Xüsusi tələblər

  •  Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemini;
  •  Davranışın və Təhlükəsizliyin Müşahidə Sistemini;
  •  Keyfiyyət idarəetmə sistemini;
  •  Əməyin sağlamlığı və təhlükəsizliyi sistemini;
  •  Ətraf mühitin idarə etmək sistemini;
  •  Mülki müdafiə və Məxfi rejim qaydalarını;
  •  Hərbi səfərbərlik barədə məlumatları və qaydaları. 

Telegram kanalımız