Böyük geoloq (Siyəzən rayonu)

Siyəzən

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

•Sahəvi kompleks mühəndisi - geoloji, struktur xəritəalma quyularının qazılması, kompleks geoloji planalma işlərini və onlara dair hazırlanmış sənədləri (badimetriya, sonar, fasiləsiz seysmoakustik profilləmə və s.) yoxlamaq; 
•Qazmada olan quyularda qazma prosesi məlumatlarını (inklinometriya göstəriciləri, gilli məhlul parametrləri və s.) yoxlamaq; 
•Sahələr üzrə seysmik kəşfiyyat işləri barədə məlumatları (seysmik profillər, seysmik struktur xəritələri) yoxlamaq; 
•Quyuların qazılması zamanı qaz karotaj, geoloji - texnoloji nəzarət işlərini və hesabatlarını yoxlmaq; 
•Qazma işləri haqqında hesabatları yoxlamaq; 
•Perforasiya işləri, perforator və partlayıcı maddələrin miqdarı haqqında məlumatları yoxlamaq; 
•Geoservislərin yerləşdirilməsi (dislokasiyası) haqqında məlumatları yoxlamaq; 
•Müvafiq müəssisədən daxil olan kəşfiyyat - geofiziki, mühəndis - geoloji, geoloji - geofiziki, elmi - tətqiqat və tematik işlər barədə keçid hesabatlarını yoxlamaq; •Analiz edilmiş süxur nümunələrinin (kern, şlam və s.) hesabatlarını yoxlamaq; 
•Axtarış - kəşfiyyat və struktur - axtarış quyularının geoloji səbəbdən ləğv edilməsi və konservasiyası sənədlərini yoxlamaq; 
•Quyuların layihə tapşırığı, inşa aktları, izolə - ləğv və sınaq - mənimsəmə üzrə iş planlarını yoxlamaq;
 •Müvafiq müəssisələr tərəfindən quyular üzrə hazırlanmış protokolları və müvafiq aktları (inşa, sınaq - mənimsəmə, qaytarma, sement körpüsünün qoyulması və s.) yoxlamaq; 
•Quyuların cari vəziyyətlərinin, quruluşlarının və planlaşdırılmış parametrlərinin dəyişdirilməsi və qazmadan qurtarma protokollarını yoxlamaq; •Müvafiq müəssisə ilə əlaqəli hazırlanmış şaquli seysmik profilləmə və seysmokarotaj hesabatlarını yoxlamaq; 
•Müvafiq müəssisə tərəfindən və həmin müəssisə ilə əlaqəli hazırlanmış layihə tapşırığı, layihə - smeta sənədlərinin və təqvim planını yoxlama; Müvafiq obyektlərin tikintisi layihələndirilən sahədə aparılmış müfəssəl mühəndis - geoloji qazma və planalma işlərinin (sonar, FSAP, badimetriya və s.), layihə proqramlarının, texniki tapşırıqlarının, qrafik materiallarını və yekun hesabatlarını yoxlamaq;
 •Axtarış - kəşfiyyat qazmasının plan - qrafikini yoxlamaq; 
•Geoloji modelləri qurmaq; 
•Geoloji - kartoqrafik qurmaların və qrafik materialların (ayrı - ayrı yataqlar üzrə geoloji və regional profillər, istinad horizontları üzrə qalınlıqlar xəritəsi, quyuların korrelyasiyası, müxtəlif horizontlar üzrə struktur xəritələr, yataqlar üzrə ümumiləşdirilmiş kəsilişlər və s.) hazırlama; 
•Risklərin monitorinq sənədlərini hazırlamaq; 
•Müəssisənin müvafiq il üzrə apardığı axtarış - kəşfiyat işlərinin nəticələrini hesabat və növbəti il üçün müvafiq işlərin istiqamətlərinə dair keçirilmiş geoloji - texniki müşavirənin protokolunu hazırlamaq; 
•Karbohidrogenlərin ehtiyat artım cədvəlini hazırlamaq; Aparılmış və aparılacaq axtarış - kəşfiyyat qazmasının kateqoriyalar üzrə həcm cədvəlini hazırlamaq; 
•Yataqlar üzrə neft, qaz və kondensat ehtiyatları barədə məlumatı hazırlamaq; 
•Neft, qaz, kondensat hasilatı və təhvili üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi tədbirləri haqqında 1N-li əmrin hazırlanmasında iştirak etmək; 
•.Quyu məlumatlarını (quyunun hasilatı, dərinliyi və s.) toplamaq; 
•Mədən - geofiziki məlumatlarını (karotaj diaqramı, inklinometriya göstəriciləri və s.) toplamaq; 
•Geofizika barədə məlumatları (seysmik kəşfiyyat, şaquli seymsik profilləmə, seysmik karotaj, qravi - kəşfiyyat, maqnit kəşfiyyatı, elektrik kəşfiyyat işləri və s.) toplamaq; •Qazma məlumatlarını (qazma jurnalı, quyunun pasportu, konstruksiya və s.) toplamaq; 
•Yataqların və strukturların qrafik məlumatlarının (xəritə, profil, kəsiliş və s.) toplamaq; 
•Elmi - tədqiqat işləri üzrə materialları (ayrı - ayrı stratiqrafik çöküntülər və s.) toplamaq; 
•Yataqların və strukturun quruluşunun dəqiqləşdirilməsi üçün qazma, quyu, mədən - geofiziki, çöl geofiziki, yataqların və strukturların qrafik məlumatlarını təhlil etmək; •Yataqlarda tektonik bloklar və dərinliklər üzrə horizontların neft - qaz perspektivliyinin qiymətləndirilməsi üçün qazma, quyu, mədən - geofiziki, çöl geofiziki, yataqların və strukturların qrafik məlumatlarını təhlil etmək; 
•Yataqların litoloji kəsilişlərin tərtibatı üçün qazma, quyu, mədən - geofiziki, çöl geofiziki, yataqların və strukturların qrafik məlumatlarını təhlil etmək; 
•Axtarış - kəşfiyyat qazmasının istiqamətlərini müəyyənləşdirmək qazılmış axtarış - kəşfiyyat quyularının məlumatlarının, qazma, mədən - geofiziki, çöl - geofiziki, yataqların və strukturların qrafik məlumatlarını təhlil etmək; 
•Axtarış - kəşfiyyat qazmasının istiqamətinin seçilməsi üçün hazırlanmış elmi - tədqiqat işləri üzrə geoloji materialları (ayrı - ayrı stratiqrafik çöküntülər və s.) təhlil etmək; 
•Quyu üzrə stratiqrafik bölgülərin aparılması, sınanma intervallarının və obyektlərinin seçilməsi üçün qazma, quyu, mədən - geofiziki, çöl geofiziki, yataqların və strukturların qrafik məlumatlarını təhlil etmək; 
•Qazılmış quyuların stratiqrafik və litoloji kəsilişini öyrənmək üçün süxur nümunələrinin götürülmə intervalları seçmək, süxur nümunələrinin götürülmə uzunluğunu təyin etmək, litoloji və sedimantoloji (çöküntütoplama) təsviri aparmaq; 
•Elmi - tədqiqat və istehsalat xarakterli geofiziki - tədqiqat işlərinin istiqamətlərinin seçilməsi üçün hazırlanmış materialları (seysmik, qravi - kəşfiyyat və s.) təhlil etmək; 
•Neft və qaza yönəldilmiş geoloji - axtarış, kəşfiyyat və geofiziki - tədqiqat işlərinin nəticələrindən alınan materialların təhlili, qiymətləndirilməsi və ümumiləşdirilməsində iştirak etmək; 
•Məlum yataqda neft - qazlılığı sahəvi yayılmaya malik horizontların yatağın digər hissələrində izlənilməsi üçün toplanmış geoloji - geofiziki məlumatları təhlil etmək; 
•Neftli - qazlı rayonlarda neft - qazlılığı müəyyənləşdirilmiş və müəyyənləşməmiş sahələr üzrə mövzu işlərinin qoyulması üçün toplanmış geoloji - geofiziki məlumatları təhlil etmək; 
•Axtarış - kəşfiyyat qazması üçün yeni nöqtələrin seçilməsi və onların layihə təyinatlarının baxılmasında iştirak etmək; 
•Mədən - geofiziki işlərə (perforasiya, ölçmə işlərin aparılmasına və s.) nəzarət etmək; 
•Quyuların sınağı və mənimsənilməsi işlərinə nəzarət etmək; 
•Quyunun ləğv və konservasiya qoyulması prosesinə nəzarət etmək; 
•Qazma zamanı qaz - karotaj stansiyalarının avadanlıqlarına nəzarət etmək; 
•Mədən - gefoziki işlərlə əlaqəli geoservislərin texniki vəziyyətinə nəzarət etmək; 
•Müqavilə bağlanan şirkətlərin süxur nümunələrinin götürülməsinə nəzarət etmək; 
•Geoloji materialların təhvil - təslim işlərində iştirak etmək; 
•Sahəvi, müfəssəl mühəndisi - geoloji və struktur xəritəalma, qazma işlərinə nəzarət etmək; 
•Yerinə yetirilən geofiziki - tədqiqat işlərinin (seymsik, qraki - kəşfiyyat və s) icrasını yoxlamaq; 
•Axtarış - kəşfiyyat quyularında qazma, mədən - geofizika tədqiqatı və partlayış - atma işləri apararılarkən fontan təhlükəsizliyi üzrə keçirilən tədbirlərə nəzarət etmək; •Mədən geofizikası tədqiqatı partlayış - atma işləri aparılarkən təhlükəsizlik texnikasına riayət etmək; 
•Müvafiq sahə üzrə elmi - tədqiqat işlərinin cari və perspektiv planlarının tərtib olunmasında iştirak etmək; 
•Yeni yataqların kəşfiyyatı və kəşfiyyat qazmasının davam etdirilməsi layihələrinin baxılmasında iştirak etmək; 
•Kəşfiyyat işləri üzrə təşkilatların fəaliyyətlərinin təhlili və yaxşılaşdırılması üzrə təklifləri vermək; 
•Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək; 
•Struktur bölmə üzrə əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət etmək.

Xüsusi tələblər

•Hidrodinamiki və mədən- geofiziki işlərİ;

•Neftin, qazın və suyun fiziki-kimyəvi analizini;

•Əməyin təhlükəsizliyini;

•Sanitariya-gigiyenanı;

•Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemini;

•Yanğın mühafizəsinin əsaslarını. 

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 1000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 1200 - 1500 AZN

Telegram kanalımız