Monitorinq və qiymətləndirmə şöbəsi, aparıcı məsləhətçisi

Bakı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • monitorinq  və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktiki tövsiyələr hazırlamaq; 
  • monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
  • monitorinqin aparılması alətlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
  • monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək; 
  •  sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə, iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
  • icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
  •  monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • monitorinq və qiymətləndirmə şöbəsinə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq; 
  • Mərkəz rəhbərliyinin və şöbə müdirinin cari tapşırıqlarını icra etmək.

Xüsusi tələblər

  • İqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil. 
  • müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.
  • MS Office, internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).
  • Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.
  • Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.


Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 21 aprel tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) Monitorinq və qiymətləndirmə şöbəsi, aparıcı məsləhətçisi  qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız