- Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil (elmi dərəcənin olması arzuolunandır).
- Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
- Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və ya digər tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).
- Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.
- Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 21 aprel tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) Strateji planlaşdırma şöbəsi, baş məsləhətçisi qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.