Kəsmə operatoru

Sumqayıt

Meqa Plastik CE
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Polietilen kəsmə makinasının və xəttin qurulması.
  • İstehsal olunacaq sifarişləri qəbul edib istehsal prosesinin təşkili edilməsi
  • İstehsal zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət edilməsi
  • İstehsal tarixinin qeydinin aparılması.
  • Hazır məhsulların qablaşdırılması və anbara daşınması.
  • Polietilen kəsmə prosesinin texnoloji parametrlərinin tənzimlənməsi
  • Mexanizmlərin təmizlənməsi və yağlanması.
  • Növbə zamanı və iş başa çatdıqdan sonra iş yerində və ətraf ərazidə təmizliyin, səliqənin qorunması.
  • Təcrübəli və təcrübəsiz olanlar müraciət edə bilər
  • İş yeri: Sumqayıt şəhəri.
  • İş rejimi: növbəli
  • Nahar və servis şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı razılaşma yolu ilə

Xüsusi tələblər

  • Avadanlıqların istifadə qaydalarına düzgün riayət etmək üçün texniki bilik və bacarıqlara sahib olmalı
  • Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilməli
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalı
  • Komanda ilə işləmə bacarığı
  • Operativ, gördüyü işə cavabdehlik
  • İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri bilməli
  • Yarım fabrikat və materialların məsrəf normalarını bilməli
  • İstehsal avadanlığının istismar qaydalarını və emal texnologiyasını bilməli
  • İstehsaldan çıxan hazır məhsulun keyfiyyətliliyinə nəzarət etməli
  • İşlədiyi sahənin və ya avadanlığın təmizliyinə riayət etməli
  • Verilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirməli
  • İstehsal prosesinin düzgün aparılması üçün avadanlıqlar ilə əlaqədar problemlərlə bağlı dərhal məlumat verməli
  • Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacaqrıqları olmalı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-mail ünvanına göndərməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız