Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mexaniki təmir sahəsinin 6-cı dərəcəli tornaçısı torna, itiləyici,deşikaçan tipli metal emalı dəzgahları vasitəsi ilə müxtəlif mürəkkəblikli və qabaritli detal və qovşaqların tam torna emalını tələb edilən dəqiqlik göstəricilərinə uyğun yerinə yetirir;  
  • Düzgün və düzgün olmayan formalı detalların torna emalını verilən forma və ölçülərdə aparılmasını təmin edir;
  • Pəstahlarda silindrik və konusvarı səthlərin, yan müstəvi səthlərinin, mürəkkəb konfiqurasiyalı səthlərin emalını aparır;
  • Pəstahların xarici  və daxili səthlərində yivlər açır, iç yonuş kəskiləri ilə daxili  səthləri emal edir;
  • Xüsusi alət və tərtibatlar tətbiq etməklə deşiklərdə iç yonma, təbəqə materiallarda müxtəlif diametrli deşiklər kəsmək və digər əməliyyatlar aparır;
  • Yalnız saz alətlərlə işləyir, çatışmamazlıqlar barədə sahənin mühəndis-texniki işçilərini  məlumatlandırır;
  • Əməyin mühafizəsi üzrə təlimatların tələblərinə riayət edir, digər işçilərin də bu tələblərə əməl  etməsinə nəzarət edir;
  • İstehsalat, vəzifə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın mühafizəsi üzrə təlimatları  bilir və özündən aşağı dərəcəli tornaçılara aşılayır;
  • Fərdi mühafizə vasitələrindən istifadə edir;
  • Ərazinin abadlaşdırılmasında, ekologiyaya zərər vuran tullantıların toplanmasında iştirak edir;
  • Tullantıların idarə olunması proseduruna əməl etməklə iş yerini təmiz saxlayır, ətraf mühitin çirklənməsinin qarşısını alır;
  • Tabeçiliyinə verildiyi işçinin (briqadir, mexanik, usta) göstərişlərini yerinə yetirir.
  • İş yeri: Qaz Emalı Zavodu

Xüsusi tələblər

  • Torna sahəsi üzrə peşə/ orta ixtisas təhsili olmalı;
  • Müvafiq peşə üzrə sertifikat olması üstünlükdür;
  • Torna işləri ilə bağlı 0-1 il iş təcrübəsi.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 500 - 700 AZN

 
  • Bakı

  • 400 - 500 AZN

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız