Anbardar

Xırdalan

Carlsberg Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Anbara daxil olan və anbardan buraxılan malların miqdara, çeşidlərə, keyfiyyətə, komplektliyə, həmçinin müəyyən mallardan asılı olaraq digər xüsusiyyətlərə görə mal müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması
  • Qəbul edilən və buraxılan mal material qiymətlilərinin miqdarının uçotu və keyfiyyətinə nəzarət
  • Müəyyənləşdirilmiş MMQ-nin anbarlaşdırılması və saxlanılması qaydaları və şərtlərinə, partiyaların seçilməsi və yığılması qaydalarına əməl olunması
  • Bütün anbar işləri kompleksinin (yükləmə-boşaltma, MMQ-nin qəbulu və buraxılması) həyata keçirilməsi

Xüsusi tələblər

  • Ali riyazi/iqtisadi/texniki təhsil
  • Bu sahədə ən azı 1 il iş təcrübəsi
  • Sənədlərlə işləmə bacarığı
  • Fəaliyyəti planlaşdırma bacarığı
  • Fəaliyyəti üzrə hesabatların tərtib olunması bacarığı
  • Azərbaycan, rus dili bilikləri – mükəmməl səviyyədə; ingilis dili bilikləri - ən azı Intermediate səviyyəsində
  • Microsoft Office bilikləri – mükəmməl səviyyədə
  • Analitik təfəkkür
  • Ünsiyyətcillik
  • Stressə davamlılıq
  • Məsuliyyətlilik
Telegram kanalımız