Yeraltı qaz kəm.təm.və ist.üzrə çilingər

Astara

SOCAR

Vakansiyanın detalları

Vakansiyanın təsviri

 • Açarların, alətləri təmizləmək və işə hazırlamaq; 
 • Fərdi və ümumi mühafizə vasitələrini yoxlamaq;
 • İstifadə ediləcək avadanlıqları, çadırları yoxlamaq və yükləmək;
 • Avadanlıqları, alətləri iş yerinə müəyyən edilmiş qaydada daşımaq və yerləşdirmək; 
 • İş yerini təhlükəsizlik lenti ilə çəpərləmək və xəbərdaredici nişanları qoymaq; 
 • Əl ilə və ya perforatorla qazıntı işlərini görmək; 
 • Qazılmış quyulardan qrunt sularını pompa nasosları ilə çıxarmaq; 
 • Hava şəraitinə uyğun olaraq çadırları qurmaq; 
 • Hazırlanmış məmulatları alətlər vasitəsi ilə düzgün işləmək; 
 • Diametri 500 mm-dək olan, fəaliyyətdə (istismarda) olan orta və yüksək təzyiqli qaz kəmərlərində kəsilib - quraşdırılma, dəyişdirilmə zamanı çilingər işlərini yerinə yetirmək; 
 • Qaz kəmərlərində kipləşdirici, gücləndirici, taxma bilərzikləri və bandajları quraşdırmaq; 
 • Bilavasitə qaz kəmərləri boyunca böyük fasonlu hissələri və detalları nişanlamaq, hazırlamaq və quraşdırmaq;
 • Quraşdırma prosesində zədələnmiş, sınmış yerləri aşkar etmək və onları aradan qaldırmaq; 
 • Detal və qovşaqların aşınma dərəcisini müəyyən etmək və onları emal etmək; 
 • Qaldırıcı nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərini yerinə yetirmək; 
 • Qaldırıcı mexanizmləri tətbiq etməklə quraşdırma işlərini yerinə yetirmək; 
 • Yeraltı qaz kəmərlərinin təmirində mürəkkəb çilingər işlərinin yerinə yetirilməsi, qaz itkisinin və tıxanmaları (tutulmalarını) aradan qaldırmaq;
 • Qaz sızan yerləri lokallaşdırmaq (məhdudlaşdırmaq, yayılmağa yol verməmək) ; 
 • Aşağı təzyiqli kondensat yığıcılarının suyu kənara axıdan boruları, sınaq borularını və keçiricilərin uzunluğu artırılarkən xüsusi mürəkkəb hesab Vəzifə öhdəlikləri (funksiyalar) edilən çilingər işlərini yerinə yetirmək; 
 • Magistral qaz kəmərləri üzərində olan xətti kranların və siyirtmələrin işlək vəziyətdə olub - olmamasını yoxlamaq, xətti kranların kipləşdirici yağla yağlamaq, siyirtmələrin hərəkətedici hissələrini yağlamaq; 
 • Qaz kəmərlərinin sıxlığını yoxlanmaq, buxara verilmə və hava vurma (üfürmə) yolu ilə sınaqların həyata keçirmək; 
 • Boru kəmərlərini korroziyadan qorunması üçün rəgləmək. 
 • İş yerinin təhlükəli və tezalışan maddələrdən təmizləmək; 
 • Fərdi mühafizə vasitələrinin sazlığını yoxlamaq və istifadə etmək; 
 • Kəsiləcək və ya qaynaq ediləcək hissələrin, boruların, detalların ölçülərini almaq; 
 • Kəsiləcək və ya qaynaq ediləcək hissələrin qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq; 
 • Boru və flyans birləşmələrini pasdan, yağdan və s. örtüklərdən təmizlənərək kəsmək və qaynaq üçün hazırlamaq;
 • Boru kəmərlərinin faskasını açmaq. 
 • Siyirtməyə baxışın keçirmək, nasazlığı müəyyən etmək; 
 • Siyirtmələrin flans birləşmələrini açmaq;
 • Siyirtmələrin qaldırılması üçün takelaj işlərini görmək; 
 • Siyirtmələrin araqatını çıxarmaq və yenisi ilə əvəz etmək; 
 • Siyirtmələrin içini təmizləmək və ştokunu açmaq; 
 • Kipkəci (salnik) dəyişdirmək, yağlamaq və boltlarını sıxmaq;
 • Siyirtmənin üst qapağını açmaq və araqatını dəyişdirmək; 
 • Kəfgiri təmizləmək və ştoka bərkitmək;
 • Siyirtmənin sınağı üçün qapağın hazırlanması işlərini görmək;
 • Hazırlanmış qapağın siyirtmənin bir hissəsinə bağlamaq və hava kompressoru ilə müəyyən edilmiş təzyiqi vermək; 
 • Verilmiş təzyiqin müəyyən müddətdən sonra yenidən ölçmək;
 • Siyirtmənin digər tərəfində və üst hissəsində köpüklü su ilə sızmanı yoxlamaq; 
 • Pnevmatik siyirtmələrdə hava borucuqlarına baxışı keçirmək, yivli birləşmələri bərkitmək, üst qapağından yağı əlavə etmək; 
 • Krana baxış keçirmək, nasazlığı müəyyən etmək; 
 • Kranın borudan ayrılması üçün kəsmə işlərinə hazırlığı görmək; 
 • Kəsilmiş kranların qaldırılması üçün takelaj işlərini görmək; 
 • Kranın üst hissəni açmaq və araqatı dəyişdirmək; 
 • Kranda ştokları, yastıqları, dişli çarxları təmizləmək, vizual müayinə etmək, zədəli hissələri yenisi ilə əvəz etmək, yağlamaq və yerinə bağlamaq;
 • Kürəli kranların kamerasını paslı maddələrdən təmizləmək;
 • Kranların sınağı üçün qapağın hazırlanması işlərini görmək; 
 • Hazırlanmış qapağın kranın bir hissəsinə qaynaq edilməsində iştirak etmək və hava kompressoru ilə müəyyən edilmiş təzyiqi vermək;
 • Verilmiş təzyiqi müəyyən müddətdən sonra yenidən ölçmək; 
 • Kranın digər tərəfində köpüklü su ilə sızmanı yoxlamaq;
 • Qoruyucu klapanların flans birləşmələrini açmaq və araqatını dəyişdirmək; 
 • Qoruyucu klapanın üzərindəki siyirtməni təmir etmək və araqatını dəyişdirmək. 
 • Boru xətlərini izolyasiya və ya boyadan təmizləmək; 
 • Korroziyaya uğramış hissələrini təmizləmək; 
 • Borunun şar üçün açılmış pəncərəsinə boruya uyğun şarı buraxmaq; 
 • Kompressor vasitəsilə müəyyən təzyiqə qədər şişirtmək; 
 • Şarın boru daxilində hərəkətinin qarşısının alınması üçün bərkitmək və vaxtaşırı manometrin göstəricisinə nəzarət etmək;
 • Boru xətlərinin deşilmiş hissəsinin ölçüsünü götürmək; 
 • Zədəli boru hissəsini ölçmək;
 • Yamağını (latka) təmizləmək, kənarlarını bucaq altında cilalamaq (faskalamaq); 
 • Qaynaq zamanı yamağın (latka) borunun üzərində kipləşməsini təmin etmək; 
 • Zədəli hissəsinin kəsilməsi üçün kəsici aləti boruya bərkitmək; 
 • Kəsilmiş borunun ayrılması üçün takelaj işlərini görmək; 
 • Əvəzlənəcək borunu faskalamaq, bütün faskaları cilalamaq; 
 • Əvəzlənəcək borunun yerinə gətirilməsi üçün takelaj işlərini görmək; 
 • Mərkəzləşdirici qurğu vasitəsilə boruları bir - birinə sıxmaq;
 • Qaynaq tikişlərini hər şovdan sonra cilalamaq;
 • Qaynaq tikişlərini sabun köpüyü ilə yoxlamaq; 
 • Müvəqqəti olaraq sızmaların qarşısının alınması üçün borunun diametrinə uyğun olaraq deşilmiş hissələrinə xamutları hazırlamaq, araqatını qoymaq və xamutu sıxmaq; 
 • Borunun yeraltına basdırılması işlərini görmək; 
 • Orta və yüksək təzyiqli qaz kəmərlərinin üzərindəki kondensat yığıcılarına baxışı keçirmək, yoxlamaq, dəyişdirmək və quraşdırmaq; 
 • Qaz kəmərlərinin mürəkkəb qovşaq və kəsişmələrinin eskizlərini tərtib etmək; 
 • Elektron cihazlar vasitəsilə yeraltı qaz kəmərlərinin izolyasiyasının vəziyyətini müəyyən etmək və hermetikliyini yoxlamaq; 
 • Yeraltı qaz kəmərləri istiqamətində şurfları qazmaq və açılmış sahənin (hissənin) izolyasiyasını aparmaq; 
 • Magistral qaz kəmərlərinin izolyasiyasını bərpa etmək və basdırmaq;
 • Yüksək ixtisaslı çilingərin rəhbərliyi altında yeraltı boru kəmərləri və texnoloji qurğulara xidmət edilməsi üzrə mürəkkəb olmayan ayrı - ayrı işlərin yerinə yetirmək; 
 • Metal tullantılarının yığılması və təhvil verilməsində iştirak etmək; 
 • Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərini aparmaq; 
 • Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət etmək; 
 • Əsasnamədən və peşə təlimatından irəli gələn vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqları icra etmək; 
 • İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək; 
 • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək; 
 • Ətraf mühatin mühafizəsi ilə əlaqədar ekoloji normativ sənədlərin tələblərinə əməl etmək; 
 • Fəaliyyət zamanı formalaşan təhlükələrin müəyyən edilərək risklərin və ekoloji aspektlərin qiymətləndirilməsində yaxından iştirak etmək.

Xüsusi tələblər

  • Dürüstlük
  • Etik davranış
  • Keyfiyyət yönümlülük
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Magistral qaz kəmərlərinin istismarı
  • Magistral qaz kəmər. təm.və.tex.xid.
  • Fəaliyyəti tənz. daxili normativ sənəd


Bilməlidir 
 • Qaz kəmərlərinin hava vurma yolu ilə sınaqdan çıxarılması və buxara verilməsi işlərinin yerinə yetirilmə qayda və üsullarını, qaz kəmərlərinin hermetik vəziyyətinə nəzarət edən elektron cihazların quruluşunu və iş prinsipini; 
 • Kondensat yığıcılarının, siyirtmələrin, avtomatik yağlayıcı kranların, diametri 500 mm-dən çox olan kompensatorların quraşdırılması və sökülməsi qaydalarını; 
 • Qaz kəmərlərində təzyiqi aşağı salmadan kəsib-quraşdırma işlərini aparmaq üçün tərtibatların quraşdırılması və belə qaz kəmərlərində təmir işlərinin yerinə yetirilməsi qaydalarını; 
 • Qaynaq edilmək üçün hazırlanan mürəkkəb və böyük fasonlu hissə və detalların nişanlanması, emalı və yığılmasının texniki şərtlərini; 
 • Qaz kəmərlərinin və onların üzərindəki qurğuların quraşdırılması, sınaqdan çıxarılması və istismara verilməsinin texniki şərtlərini; 
 • Yeraltı qaz kəmərlərinə quraşdırılmış xüsusi mürəkkəb avadanlıqların konstruktiv xüsusiyyətlərini və onların təmiri qaydalarını;  
 • Diametri 500 mm-dən çox olan, fəaliyyətdə (istismarda) olan orta və yüksək təzyiqli qaz kəmərlərində kəsilib-quraşdırılma, dəyişdirilmə işlərinin görülməsi qayda və üsullarını; 
 • Qaz kəmərlərinin cizgilərinin (çertyojlarının) oxunmasını (plan və profil);
 • Qaz kəmərlərinin kəsişməsi və mürəkkəb qovşaqların ekizlərinin tərtib olunma qaydalarını; 
 • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalıarını

Oxşar vakansiyalar

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız