Böyük mütəxəssis (Senior)

Bakı

Dövlət Məşğulluq Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin əsas missiyası Agentliyin uzunmüddətli strategiyasını müəyyənləşdirmək, bu strategiyadan irəli gələrək illik əsas fəaliyyət göstəricilərini (KPI) müəyyən etmək, fəaliyyətlər üzrə səmərəlilik təhlilləri aparmaq, beynəlxalq təcrübələrə əsaslanaraq mövcud fəaliyyət istiqamətlərini təkmilləşdirmək və yeni fəaliyyət istiqamətlərini yaratmaqdan ibarətdir. 
  • Əsas fəaliyyət göstəricilərinin (KPI) hazırlanması; 
  • Analitik metodlardan istifadə etməklə fəaliyyətlər üzrə data əsaslı səmərəlilik təhlillərinin aparılması; 
  • Beynəlxalq təcrübələr və bençmarklar əsasında fəaliyyət istiqamətlərini təhlil etmək, beynəlxalq təcrübələr əsasında araşdırmalar aparmaq və nəticələrin praktiki implementasiyası qaydalarını hazırlamaq; 
  •  Funksional struktur bölmələrlə yaxından işləyərək fəaliyyət istiqamətlərinin mövcud çətinliklərini analiz etmək və inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlamaq. 

  


Xüsusi tələblər

  •         Tətbiqi riyaziyyat, Kompüter elmləri və ya İqtisadiyyat sahəsində təhsili olmalı; 
  •         Excel və Power BI proqramlarında hesabatlar hazırlaya bilməli; 
  •         Analitik təhlil bacarığı olmalı; 
  •         Araşdırma və inkişaf, həmçinin data analitikası istiqamətləri üzrə ən azı 2 il iş təcrübəsi olmalı; 
  •         Yaxşı səviyyədə ingilis dili biliyi olmalıdır. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Araşdırmalar və strateji inkişaf şöbəsinin böyük mütəxəssisi” yazaraq [email protected]  mail ünvanına göndərmələri xahiş olunur. 


Qeyd: Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN

 
  • Bakı

  • 100 AZN

 
  • Bakı

  • 400 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • 450 - 500 AZN

Telegram kanalımız