Növbə nəzarətçisi / Çovdar filiz emalı sahəsi / CIL zavodu (Daşkəsən)

Daşkəsən

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək;
  • Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək;
  • Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq;
  • İstehsalatın gedişinə və ya istehsalata təsir edən hər bir parametr haqqında operatorlardan məlumat almaqla nə edilməli olduğuna dair qərar vermək;
  • İstehsal üçün lazım olan kimyəvi maddələrin miqdarlarını optimallaşdırmaq, nəzarət etmək və lazımi hesabatları hazırlamaq;
  • Sıyırma dayanma planlarını təşkil etmək;
  • Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq;
  • Zavodda istifadə olunan bütün kimyəvi maddələrin dozasına və ehtiyatına nəzarət etmək;
  • Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək;
  • Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan proseslərin səmərəli şəkildə idarə etmək;
  • Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq;
  • İdarəetmə otağının, çay otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri) və zavodun laboratoriya materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək;
  • Zəruri hallarda kimyəvi maddənin hazırlanması proseduruna uyğun aparılmasını və ona riayət edilməsini təmin etmək;
  • İstehsalatın düzgün təşkili və növbəliliyin təmin etmək;
  • Texniki su çəninin səviyyəsinə nəzarət etmək və su əlavə etmə klapanını avtomatik vəziyyətdə saxlayaraq, hər zaman kifayət qədər suyun olmasına nəzarət etmək;
  • Saf su çəni səviyyəsinə və suyun həmişə kifayət qədər olmasını təmin etmək üçün su əlavə klapanını avtomatik vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Yanğın suyu çəninin səviyyəsinə nəzarət etmək və həmişə kifayət qədər suyun olmasını təmin etmək;
  • Ərazidəki avadanlıqlara texniki baxışı həyata keçirmək;
  • Gündəlik avadanlıqların hərəkətli hissələrinin (yastiqların) yağlanması, daşıyıcı konverlərin lentlərinin sazlanmasını həyata keçirmək;
  • Ərzazidəki reduktorların transmissiya yağlarını dəyişdirmək;
  • Boru xəttlərinin, filianslı birləşmələrin sızdırılıb, sızdırlmadığını yoxlamaq, aşınmış kipçəkləri və diyircəkli yastıqları dəyişdirmək;
  • Kompressor stansiyalarda yağ və hava filterlərini, seperatorları dəyişdirmək;
  • Transfer xətlərindəki aşınmış sərt təbəqələri (bronları) yoxlamaq və ehtiyac yarandığı təqdirdə dəyişdirmək;
  • Ərazidə nasazlıq yaranan avadanlıqları (apron fiderləri, daşıyıcı lentəri, reduktorları, pompaları təmir etmək;
  • Təmir zamanı qaldırıcı telferlərin sazlığını yoxlanılmasına və yağlanmasına nəzarəti həyata keçirmək;
  • Ehtiyac yarandıqda Cəmiyyətin aidiyyəti şöbələrinin müfaviq ələqələndirici şəxsləri ilə əlaqə saxlayaraq forklift, kran kimi texnikaları tədarük etmək;
  • Operatorların nahar, şam yemək vaxtlarını istehsalat tələblərinə uyğun təşkil etmək;
  • Operatorların və özünün ehtiyaclarına uyğun FMV (Fərdi mühafizə vasitələri) və avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölməyə müraciət etmək;
  • Növbələr üçün zəruri hesab edilən əməyin mühafizəsi iclaslarının mövzularının yaradılması, növbələrin məsələləri həll etdiyindən əmin olmaq;

Xüsusi tələblər

  • Ali təhsil (metallurgiya və ya kimyaçı mühəndis ixtisasları üzrə arzuolunandır)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır
  • Növbəli iş rejimi


Müraciət üçün (CV): https://careers.azergold.az/daxil-ol

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 400 AZN

Telegram kanalımız