Şirkətin debitor borclarının davamlı yoxlanılması və şəffaflığın təmin olunması;
Təqdim olunan malların rəflərə düzgün yerləşdirilməsi ilə bağlı prosedurun, o cümlədən rəflərdə təmsil olunan məhsulların təmsilatının yoxlanılması (çeklist fəaliyyəti);
Şirkət və şəxsi anbarlarda inventarizasiya zamanı iştirak etmək, zərurət yarandığı hallarda inventarizasiyanı təmin etmək və ya aparmaq;
Problemli faktura kəsrlərinin araşdırılması;
Şəxsi hesaba işlənən məbləğlərin düzgünlüyünün araşdırılması;
Şirkətin region bazaları üzrə iş fəaliyyətinin yoxlanılması (Prosedur, iş axını, davamiyyət);
Mal qəbulu prosesinə nəzarət, sifarişə uyğunluğu və mal qəbulu sənədlərinin araşdırılması
Xüsusi tələblər
Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
“Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
“Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
İş şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
Nahar fasiləsi 13:00 – 14:00
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Daxili nəzarət və monitorinq şöbəsi mütəxəssisi” yazıb [email protected] və[email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.