Beynəlxalq daşıma əməliyyatları üzrə koordinator

Bakı

Abşeron Logistika Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müştərilərdən beynəlxalq daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;
  • Tranzit əməliyyatların idarə olunmasında birbaşa iştirak etmək;
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
  • Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
  • Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək;
  • Potensial və mövcud müştərilərin yük hərəkətini  təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
  • Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;
  • Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;
  • Tranzit daşımaları üzrə (idxal və ixrac üzrə ehtuyac olduqda) əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

Xüsusi tələblər

  • Ali təhsil;
  • Beynəlxalq daşıma sahəsində minimum 7  illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Proses idarəçiliyi bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 aprel 2024-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşıma əməliyyatları üzrə ko0rdinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 450 - 500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız