Direktor assistenti

Bakı

Matanat A
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Zəruri sənədlərin hazırlanmasını həyata keçirir.
  • Kargüzarlıq üzrə Sənədlərin qəbulu, uçotu, qeydiyyatı, icrasına nəzarəti, məlumat – sorğu xidməti və sənəd informasiyalarının saxlanılmasını təmin edir.
  • İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edir, icra nəticəsi barədə onlardan məlumatları alır və bu haqqda rəhbərliyə məruzə edir.
  • Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək   
  • İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirmək, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim etmək və icra nəticəsi barədə onlardan məlumatları istəmək.
  • Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibi, razılaşdırılması, təsdiqinə nəzarət edir.Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir.
  • Müəssisənin cari fəaliyyəti məsələləri (telefon, faks və s.) üzrə kənar təşkilatlar (həm kommersiya, həm də dövlət) və ayrı – ayrı vətəndaşlarla telefon əlaqəsi yaradır;
  • Kargüzarlıq sənədlərinin kompüterdə yığılması və surət çoxaltma işlərinin icrasını təmin edir;
  • Müəssisənin sənəd təminatının avtomatlaşdırılması vasitəsi kimi istifadə edir;
  • Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir.
  • Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır.
  • Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir.
  • Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır.
  • Daxil olan müştəri şikayətlərini qeydə alır, araşdırılması və eyni zamanda həlli üçün aidiyyəti struktur bölmələrə və ya vəzifəli şəxslərə istiqamətləndirir.
  • Satış və marketinq sahasində prosedur və təlimatlar hazırlayır.Satış və marketinq sahəsində rəhbərliyin tabeçilikdəki struktur bölmələrə verdiyi tapşırıqların reyesterini tərtib edir və icrasını nəzarətdə saxlayır. 

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır)
  • İş təcrübəsi: 3-4 il;
  • Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
  • Layihələrin idarə edilməsi üzrə biliklər;
  • Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər.
  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Əmək haqqı
  • Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
Qeyd
  • İş saatı: 09-00-dan 18-00-dək
  • İş yeri: Baş Ofis - Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
  • İstirahət: Şənbə və bazar günü;
  • Nahar şirkət tərəfindən verilir;

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 2000 - 2500 AZN

Telegram kanalımız