Korporativ satış üzrə mütəxəssis

Bakı

Grand Motors MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Xidmətlərin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
  • Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusu hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi
  • Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
  • Müştəri narazılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyac olduğu halda müvafiq şöbələrə yönləndirilməsi;
  • Satışın artırılması üçün mövcud müştərilərlə, məhsullarla bağlı çarpaz təkliflərin hazırlanması;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Müştəri narazılıqlarının idarə edilməsi;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

Xüsusi tələblər

  •  Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi arzuolunandır);
  •  İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
  •  Yaş həddi - 27-40;
  •  Şəxsi avtomobilin olması üstünlükdür;
  •  Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
  •  MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  •  İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı;
  •  Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
  •  Müştəriyönümlü satış etmək bacarığı olmalı;
  •  Liderlik keyfiyyətlərinə malik olmalı.

İş şərtləri:

  • Əmək haqqı: 1200 manat + bonus;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;

Maraqlanan namizədlər mövzu yerində “Korporativ satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 850 - 1000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 450 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız