IT Departamenti / Aparıcı IP Şəbəkə Administratoru

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Korporativ müştərilərimiz üçün mürəkkəb şəbəkə infrastrukturunu tərtib etmək, işə salmaq və texniki dəstək göstərmək
  • Şəbəkə mühitinin əlçatanlığı, fəaliyyəti və təhlükəsizliyini təmin etmək
  • Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsini təmin etmək
  • Şəbəkə dəyişikliyi və yenilənməsini həyata keçirmək üçün çarpaz funksional komandalar ilə əməkdaşlıq etmək.
  • Şəbəkə tutumunun planlaşdırılmasını həyata keçirmək və şəbəkə performansını optimallaşdırmaq
  • VPN, BGP və sistem qoruyucu konfiqurasiyalar daxil olmaqla şəbəkə təhlükəsizliyi protokollarını tətbiq etmək və qoruyub saxlamaq
  • Cisco-nu konfiqurasiya və idarə etmək: ASR, ISR, Nexus, Catalyst, Firepower qurğuları.
  • Layer 2 və Layer 3 şəbəkə protokolları və texnologiyalarını idarə etmək
  • SD-WAN həllini dəstəkləmək və texniki xidmət göstərmək

Xüsusi tələblər

  • Təhsil: Telekommunikasiya və ya Kompüter Elmləri üzrə ali təhsil üstünlükdür
  • Şəbəkə Administratoru olaraq 5+ il iş təcrübəsi
  • Cisco təhlükəsizlik həlləri və məhsullarında təcrübə (ASR9K, ASA, Firepower, ISE, Nexus)
  • Cisco, Juniper müəssisə və təhlükəsizlik şəbəkəsi həllərində təcrübə
  • Cisco Software müəyyən edilmiş sistemlər (ACI, DNA, SD-WAN) üzrə bilik və təcrübə
  • Cisco Data Center həlləri və avadanlıqlarında yaxşı iş biliyi (Nexus, ACI, UCS)
  • Cisco özəl və açıq standartlar marşrutlaşdırma protokolları (OSPF, EIGRP, BGP, IS-IS) üzrə yaxşı bilik və təcrübə
  • DCI (Data Center Interconnect) həllərini yaxşı bilmək
  • Cisco Certified Network Professional (CCNP) sertifikatı və ya ona bərabər təcrübə
  • Linux və Windows əməliyyat sistemləri haqqında məlumatlılıq
  • Şəbəkə Avtomatlaşdırması haqqında məlumatlılıq


Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Telegram kanalımız