Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək;
Müştəriləri salamlamaq və yeməkdən əvvəlki xidmətləri göstərmək;
Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək;
Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək;
Müştərinin məmnunluğunu təmin etmək;
Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq;
Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq;
Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq.
Xüsusi tələblər
Müvafiq iş təcrübəsi;
Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
Satış etmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili – yaxşı.