Mexanik / Texnik

Bakı

Facility Management Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və  təmir işlərinin aparılması;
• Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
• Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
• Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası;
• Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası;
• Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi;
• Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
• İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
• Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
• İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.


Xüsusi tələblər

• Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
• Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
• Müvafiq sahə üzrə (mexanik) minimum 5 il təsdiqli iş təcrübəsi;
• Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
• Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər;
• Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
• Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Müraciət üçün (CV): https://www.fmg.az/mexanik-texnik

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Şuşa

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xırdalan

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız