Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarının yerinə yetirilməsini təmin edir, hamiliyində olan texniki vasitələrin aşkar edilmiş nöqsanlarını aradan qaldırır, mexaniki qurğunun iş planını tərtib edir və onu təsdiq etmək üçün böyük mexanikə təqdim edir; Böyük mexaniklə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərinin iş və istirahət vaxtlarının uçotunu aparır; 
  • Silindrin, əsas mühərrikin, turbin gövdəsinin və başqa əsas mexanizmlərin bağlanmasında, həmçinin onların sınaq üçün işə salınmasında və təmir-profilaktika işlərinin yerinə yetirilməsindən sonra işə salınmasında iştirak edir; hamiliyində olan sahə üzrə təmir cədvəllərini tərtib edir, sahil və Gəmi mütəxəssisləri tərəfindən yerinə yetirilən texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət edir, həmçinin tabeçiliyində olan heyət üzvlərinin işinə bilavasitə rəhbərlik edir; 
  • Mexaniki qurğunun təlabatı üçün lazım olan dəyişək-ehtiyat hissələri, ləvazimat, material, sürtgü yağına sifariş verir, onların qəbulunu və uçotunu təmin edir; İşlərin təhlükəsiz görülməsini, yanğından mühafizə qaydalarının təhlükəsizlik texnikası qayda və təlimatların yerinə yetirilməsini təmin edir, maşın şöbələrindəki qaldırıcı mexanizm və qurğuların saz vəziyyətdə olmasına nəzarət edir; 
  • Yük sahələrini və sistemlərinin sınağını vaxtında keçirir, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər görür, öz sahəsi üzrə təyin olunmuş texniki sənədləri tərtib edir.
  • Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
  • Əmək müqaviləsinin müddəti:Müddətsiz

Xüsusi tələblər

  • Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə)
  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “3000 kV və artıq olan gəmilərdə İkinci mexanik” işləməsini təsdiq edən “İşçi diplomu”; 
  • Aidiyyəti üzrə quru yük, tanker, bərə və ro-ro gəmilərində işləmək üçün tələb olunan sertifikatlar; 
  • Dənizçinin qeyd kitabçası; 
  • Dənizçinin şəxsiyyət sənədi.
  • Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “2-ci mexanik” vəzifəsinə aid bütün tələbləri; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
  • İkinci mexanik vəzifəsi üzrə ən azı 5 il

Vakansiya nömrəsi: #553622

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 800 - 1200 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız