Şirkətin uğurlu inkişafı üçün maliyyə siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq;
Bazar dəyişikliklərini təhlil etmək, proqnozlaşdırmaq və gələcək üçün strateji planlar hazırlamaqla direktora dəstək olmaq;
Şirkətin maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
Şirkətin maliyyə aktivlərini idarə etmək, illik büdcəni planlaşdırılmaq və xərclərə nəzarət etmək;
Şirkətdə maliyyə durumunu təhlil etmək, proqnozlar vermək və bu prosesə uyğun şirkətin maliyyə strategiyasını qurmaq və maliyyə fəaliyyətini idarə etmək;
Şirkətin strategiyasına uyğun pul hərəkətləri və maliyyə-mühasibatlıq üzrə aparılan proseslərə nəzarət etmək;
Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları və şöbə daxilində aparılan hər növ əməliyyat və sənədləşmə işlərinə nəzarət etmək;
Audit, mühasibatlıq və maliyyə-mühasibatlıq sahəsində aparılan digər hesabatları analiz etmək;
Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək;
Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət etmək və maliyyə ilə bağlı riskləri idarə etmək;
Maliyyə və kassa intizamına ciddi riayət edilməsinə nəzarət yetirmək, mövcud olan riskləri araşdırıb aradan qaldırmaq;
Müvafiq yerli və xarici ödənişləri və pul köçürülmələrinin rəhbərliyin təsdiqindən sonra həyata keçirmək və icrasına nəzarət etmək;
Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Xüsusi tələblər
Maliyyə sahəsində və rəhbər vəzifədə minimum 3 (üç) il iş təcrübəsi;
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya aidiyyatı sahə üzrə ali təhsil;
Maliyyə əsasları (BMHS və s.) və vergi qanunvericiliyi üzrə biliklər
Yüksək səviyyədə Excel bilikləri
Analitik düşüncə;
Komanda idarəetmə bacarığı
Yüksək şifahi və yazılı kommunikasiya bacarığı;
Peşəkar idarəetmə bacarıqları;
Düzgün planlama və vaxtı idarə etmə bacarığı;
Aidiyyatı sahə üzrə sertifikatların (ACCA, CIMA, CFA və s.) olması arzu olunandır.