Əməliyyat və sistemqurma üzrə mütəxəssis

Bakı

ATS Food
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
  • İşçilərin İSB portalında qeydiyyatının aparılması;
  • Aylıq tabellərin hazırlanması, məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
  • Mütəmadi olaraq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
  • Əmək haqqı kartlarının sifariş edilməsi;

Xüsusi tələblər

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı
  • Təhlil etmə bacarığı;
  • Qiymətləndirmə bacarığı;
  • Detallara diqqət yetirmə;
  • Məsuliyyətli və intizamlı;
  • Problem həll etmə;
  • Çeviklik.

İş Şərtləri:

  • Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi; 
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib) 
  • İş rejimi: 5 günlük qrafik (həftəiçi)
  • Nahar: Təmin edilir.
  • Könüllü Tibbi sığorta: Təmin edilir
  • Servis: Təmin edilir
  • Korporativ nömrə və danışıq limiti: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Əməliyyat və sistemqurma üzrə mütəxəssis” qeyd olunmaqla göndərə bilərlər.  

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xırdalan

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 1000 AZN

Telegram kanalımız