Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması və təqdim olunması;
Şirkət rəhbərliyinə, habelə digər departamentlərə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
Rəhbərlik və digər departamentlər tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərinin aparılması;
Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
Büdcələmə və planlama prosesinin koordinasiyası və büdcənin icrasına aylıq nəzarət;
Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilməsi;
Kənar audit yoxlama prosesinin koordinasiyası;
Maliyyə və digər əməkdaşların maliyyə menecmenti üzrə biliklərinin artırılması məqsədilə tədbirlər keçirilməsi;
Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması;
Şöbənin strukturunu, funksiyalarını, öhdəliklərini təklif etmək
Tabeçilikdə olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
Tabeçilikdə olan işçilərin prosedurlara riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək
Şöbə əməkdaşlarının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsini aparmaq
Şöbənin fəaliyyətinin təşkil edilməsi və ümumi rəhbərlik edilməsi.
Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi;
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib)
İş rejimi: 5 gün (həftəiçi)
Servis: Təmin edilir
Nahar: Təmin edilir
Könüllü tibbi sığorta: Təmin edilir
Korporativ nömrə və danışıq limiti: Təmin edilir
Xüsusi tələblər
Təhsil səviyyəsi: Ali təhsil (Maliyyə, iqtisadiyyat, vergi uçotu və audit)
İş təcrübəsi: Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə-planlama üzrə 5+ il iş təcrübəsi
Dil biliyi: Azərbaycan dili (əla), rus dili (yaxş), ingilis dili (yaxşı)
Kompüter biliyi: Microsoft Office proqramı və Power BI üzrə qabaqcıl biliklər
Digər: CPA, CIMA, ACCA, CFA sertifikatları üstünlükdür;