Məsləhətçi (İmtahanların təşkili və idarəedilməsi departamenti)

Bakı

Dövlət İmtahan Mərkəzi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İmtahanların təşkili, keçirilməsi prosesinə texnoloji dəstəyin verilməsi;
  • Təşkilati işlərin optimallaşdırılması üçün lazımi proqram təminatlarının hazırlanması, tətbiqi və mövcud proqramların təkmilləşdirilməsi;
  • İmtahanların təşkili və keçirilməsində innovasiyaların tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  • Ümumi hesabatların hazırlanması;
  • İstifadə olunan məlumat bazalarının optimallaşdırılması;
  • Departamentdə istifadə olunan proqram təminatlarının və məlumat bazalarının mütəmadi ehtiyat nüsxələrinin saxlanılması;
  • İmtahanların təşkilinə və keçirilməsinə dair səmərələşdirici təkliflərin hazırlanması;
  • Səlahiyyətləri çərçivəsində şöbəyə daxil olan elektron müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Xüsusi tələblər

  • İş stajına dair tələb: tələb müəyyən edilmir
  • Kompüter biliklərinə dair tələblər:  MS Windows, MS Office, İnternet, web və ya tətbiqi proqramlaşdırma dilləri (C#, Java, React, PHP, AJAX, Javascript, HTML, CSS, Bootstrap, jQuery), məlumat bazaları (MS SQL, MySQL, MS Access) və s. (yüksək səviyyədə)
  • Dil biliklərinə dair tələblər:  Rus dili-B2; İngilis dili-B2


Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektorunda məsləhətçi" qeyd olunmaqla [email protected] elektron poçt ünvanına  15 aprel 2024-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız