İstehsalat üzrə direktor müavini

Bakı

METAK
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin ümumi strategiyasına uyğun olaraq istehsalın məqsəd və vəzifələrini müəyyən edərək istehsal prossesinin təşkili və idarə olunması;
  • İstehsalın inkişafı və əməliyyatların səmərəliliyinin artırılması üzrə planların işlənib hazırlanması və həyata keçirilməsi;
  • İstehsal fəaliyyətinə və planların icrasına nəzarətin edilməsi
  • Problemli sahələrin müəyyən edilməsi, onların aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanması.
  • İstehsal ehtiyatlarının, o cümlədən əmək, maliyyə və maddi resursların idarə edilməsi.
  • Səmərəliliyi artırmaq, xərcləri azaltmaq və istehsal dövrünün müddətlərini azaltmaq üçün istehsal proseslərinin optimallaşdırılması.
  • İş təhlükəsizliyi və əməliyyat standartlarına əməl etməyə nəzarət etmə.
  • Əməliyyatların və proseslərin keyfiyyətində təkmilləşdirmələrin etdirilməsi üçün yeni texnologiyaların, avadanlıqların və prosedurların araşdırılması və tətbiqi.
  • Təhlil və məlumatların istifadəsi ilə istehsalın effektivliyinin qiymətləndirilməsi və dəyişikliklərin icrası.
  • Məhsuldarlığı artırmaq üçün avadanlıqdan istifadənin optimallaşdırılması, iş axınının sadələşdirilməsi və yeni texnologiyaların tətbiqi.
  • Kaizen, 5S və Six Sigma keyfiyyətin idarə edilməsi kimi yanaşmaların tətbiqi.
  • İstehsalat fəaliyyəti barədə aylıq texniki hesabatların hazırlanması.

İş şərtləri:

  • Peşəkar iş mühiti;
  • Peşəkar və karyera yüksəlişi imkanı;
  • Tibbi sığort;
  • Rəqabətli əmək haqqı paketi;
  • Nəqliyyat xidmətləri və nahar.

Xüsusi tələblər

  • Ali texniki təhsil.
  • İstehsalat sahəsində ən azı 5 il iş təcrübəsi.
  • İstehsal və əməliyyatlar haqqında biliklərə malik olmalı.
  • İstehsal prosesinin əsas prinsipləri və anlayışlarını başa düşməli.
  • Keyfiyyətin yaxşılaşdırılması və məhsuldarlığın artırılması üzrə müasir metodologiyaları haqqında texniki anlayış və bilikləri olmalı.
  • Təşəbbüskar və yenilikçi olmalı.
  • Liderlik bacarığı.
  • Yüksək ünsiyyətqurma bacarığı.
Müraciət üçün (CV): https://job.metak.az/vacancy/show/194

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 1500 - 2000 AZN

 
  • Bakı

  • 700 - 3000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız