Mühasib

Bakı

Prosper

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili;
  • Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
  • Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması;
  • Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri), ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları;
  • Göndərilən elektron poçt məktubun başlığında əlavə olaraq detallara diqqətli sözlərini qeyd edin;
  • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək;
  • Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu;

Xüsusi tələblər

  • Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
  • Yaş: 22-40 yaş
  • Dil bilikləri: azərbaycan dili – mükəmməl (rus dili orta səviyyədə bilmək üstünlükdür);
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və s. digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.);
  • Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi;
  • Mühasibat 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı;
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız