Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması
Debitor və kreditorlarla üzləşmələrin aparılması
Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
Əmək haqqı: Müsahibə zamanı bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq
İş yeri : Ağ şəhər ərazisi
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: 8.00-17.00
Xüsusi tələblər
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;
1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;